Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Naxçıvanda eyni məktəbdə iki müəllim ailəsi yüksək bal topladı

Naxçıvanda eyni məktəbdə iki müəllim ailəsi yüksək bal topladı

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Naxçıvanda keçirilən sertifikatlaşdırmanın ikinci dövriyyə imtahanları yüksək nəticələrlə yanaşı, müəllimlər üçün motivasiyaedici uğur hekayələri ilə də yadda qalıb. Bu uğurlardan biri də Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbdə çalışan müəllim ailələrinə aiddir. 

“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan müəllimi” yüksək nəticə əldən edən bu müəllimlərlə söhbətləşib. 

İmtahanda yüksək nəticə göstərən Tusi Həsənli və Pərvin Həsənli həyat yoldaşlarıdır və hər ikisi də Azərbaycan dili və ədəbiyyat müəllimidir. Tusi Həsənli 59, Pərvin Həsənli isə 57 bal toplayıb.

15 ildir ki, müəllim işləyən Tusi Həsənli 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında “İlin gənc müəllimi” adına layiq görülüb. O, dəfələrlə Naxçıvan Təhsil Nazirliyi, Babək Rayon Təhsil Şöbəsi və yerli icra hakimiyyəti tərəfindən təşəkkürnamə, fəxri fərman və diplomlarla təltif olunub.

İmtahana hazırlıq prosesindən danışan müəllim qeyd edir ki, fərdi şəkildə çoxlu test vəsaiti işləyib, dərslikləri bir neçə dəfə oxuyub: “İmtahana fərdi şəkildə hazırlanmışam. Çoxlu sayda test vəsaiti işləmişəm, həmçinin dərslikləri bir neçə dəfə oxumuşam. Təbii ki, həyat yoldaşım ən böyük dəstəkçim olub, sualları və mövzuları birlikdə müzakirə və mütaliə etmişik”.

Onun sözlərinə görə, imtahanda ciddi çətinliklə üzləşməyib, lakin ədəbiyyat üzrə təqdim olunan əsərlərin orijinalını bir neçə dəfə oxumaq daha çox zaman tələb edib.

Tusi Həsənli qazandığı nəticədən böyük sevinc hissi keçirdiyini bildirir: “Çox sevincliyəm. Hər uğurun insana bəxş edilən bir nemət olduğuna inanıram. Çox çalışmağın və düzgün istiqamətlənməyin böyük faydası var. Bu proses müəllim kimi mənə əlavə motivasiya verir. Gələcəkdə də Azərbaycan təhsilinə daha yaxşı xidmət etməyimiz üçün imkanlar yaradır”.

Hazırda Naxçıvan Dövlət Universitetində Azərbaycan dili üzrə fəlsəfə doktoru proqramı üzrə təhsil alan müəllim gələcək planlarından da bəhs edib: “Doktorantura təhsili alıram. Yaxın gələcəkdə elmi işimi müdafiə edib fəlsəfə doktoru elmi dərəcəsi almağı və fəaliyyətimi ali təhsil müəssisəsində davam etdirməyi planlayıram”.

Fotoda: Tusi Həsənli

11 ildir ki, müəllim kimi fəaliyyət göstərən Pərvin Həsənli də imtahana ciddi və planlı şəkildə hazırlaşıb. O, dərsliklər, test tapşırıqları və əlavə vəsaitlər üzərində işlədiyini bildirir: “Fərdi şəkildə dərsliklərdən, test tapşırıqlarından və əlavə vəsaitlərdən istifadə edərək hazırlaşmışam. Təbii ki, yoldaşımla bir-birimizə dəstək olmuşuq”.

O deyir ki,  ixtisas sualları əsasən çətinlik yaratmayıb: “Deyərdim ki, ixtisas testlərində çətinlik yaradan bir o qədər sual olmadı. Sadəcə kurikulum suallarında ola bilsin ki, nəyisə gözdən qaçırmış olum. Əlimdən gələni etdim, şükürlər olsun ki, bunun qarşılığını aldım və çox sevincliyəm”.

Pərvin Həsənli hesab edir ki, bu uğur onun gələcək fəaliyyətinə də müsbət təsir göstərəcək: “Bu nəticənin mənə əlavə stimul verəcəyini düşünürəm. Gələcəkdə də şagirdlərin daha yaxşı təhsil alması üçün əlimdən gələni edəcəyəm”.

Fotoda: Pərvin Həsənli

Nehrəm məktəbinin digər müəllimləri də imtahanda uğurlu nəticələr əldə ediblər. Riyaziyyat müəllimi Lətafət Abdullayeva 60 bal toplayaraq ən yüksək nəticə göstərənlərdən biri olub.

20 illik pedaqoji təcrübəyə malik müəllim bildirir ki, imtahanda müxtəlif səviyyəli suallar təqdim olunub: “Düşünürəm ki, suallar çox ədalətli hazırlanmışdı. İmtahan isə şəffaf keçdi, heç kim bir-birinə mane olmadı. Orta məktəbdə öz fənnini yaxşı tədris edən müəllim mütləq imtahandan uğurla keçəcək”.

Müəllim deyir ki, özünün və yoldaşının yüksək nəticə əldə etməyi həm maddi, həm də mənəvi cəhətdən ailələri üçün sevindiricidir. 

Fotoda: Lətafət Abdullayeva

Latafət müəllimin həyat yoldaşı biologiya müəllimi Əşrəf Abdullayev də 58 bal toplayıb.

22 illik təcrübəsinə əsaslanaraq qeyd edir ki, suallar çərçivə sənədinə tam uyğun idi və bütün mövzuları əhatə edirdi: “Suallar hər səviyyədə var idi. İmtahan çox sakit və problemsiz keçdi. Hazırlıq zamanı DİM-in testlərindən, vəsaitlərindən və ARTİ-nin materiallarından istifadə etmişəm”.

O, əldə olunan nəticənin yalnız maddi deyil, mənəvi tərəfinin də böyük əhəmiyyət daşıdığını vurğulayır: “Müəllim üçün yüksək nəticə toplamaq çox sevindiricidir. Yoldaşımın da yüksək bal topladığını eşidəndə bu mənə əlavə motivasiya verdi. Uşaqlarımız, dostlarımız, qohumlarımız da bu uğura sevindilər. Bir-birimizə necə öyrənməli olduğumuzla bağlı dəstək olduq. Hər bir müəllimə uğurlar arzulayıram. Tövsiyəm odur ki, müəllimlər öz fənlərini təkrar etsinlər. Suallar çərçivə sənədindən kənara çıxmır. Qorxuya ehtiyac yoxdur, hətta orta biliyi olan müəllim belə yaxşı nəticə əldə edə bilər”.

Fotoda: Əşrəf Abdullayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 May 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see664

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see444

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see410

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see395

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see390

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see351

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see290

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see275

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see273

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see252

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see247

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see235

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see229

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see227

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see224

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see221

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri