Naxçıvanda Heydər Əliyev su anbarının ətrafında təmizlik aksiyası keçirilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 28 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə növbəti təmizlik aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev su anbarının ətrafında təşkil edilən aksiyada könüllülər fəal iştirak edərək ərazini tullantılardan təmizləyib, səliqə-sahman yaradıb və ətraf mühitin qorunmasına olan həssaslıqlarını nümayiş etdiriblər.
Aksiya zamanı gənclər həm təmizlik işləri görüb, həm də təbiətin qoynunda istirahət ediblər. Bununla da cəmiyyətə təbiəti qorumaqla keyfiyyətli istirahətin mümkün olduğu mesajını veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 28 May 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















