Naxçıvanda kafenin fəaliyyəti məhdudlaşdırıldı Nöqsanlar aşkarlanıb
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri 57-ci məhəllədə fəaliyyət göstərən “Faytonçu” kafesində ciddi nöqsanlar aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, kafedə gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.
Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.







Naxçıvanda kafenin fəaliyyəti məhdudlaşdırıldı Nöqsanlar aşkarlanıb
14 Avqust 2025 02:39
Masazırda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırıldı Yeni Çağ Media
02 Dekabr 2024 19:03
Naxçıvanda “Dəyirmançı” restoranında ciddi nöqsanlar aşkarlanıb
14 Yanvar 2025 18:43
Naxçıvanda çörək istehsalı müəssisələrində nöqsanlar aşkarlanıb
28 Fevral 2025 15:36

