Naxçıvanda mebel sexi yanıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Naxçıvanda mebel sexi yanıb.
APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində baş vermiş yanğının genişlənərək yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 378 m² olan obyektin 330 m² hissəsi içərisindəki əşyalarla birlikdə yanıb. Sexin qalan hissəsi və sexə bitişik evlər yanğından mühafizə olunub.
Baxış sayı:119
Bu xəbər 11 Fevral 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















