Naxçıvanda piyada ölümü ilə nəticələnən avtoqəza olub
![](https://www.aznews.az/storage/2024/01/04/qeza__8_.jpg)
Naxçıvanda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.
Belə ki, dumanlı havada 67-BL-794 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1961-ci il təvəllüdlü İsmayılov Abbas Novruz oğlunu vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
![see](https://icma.az/template/assets/see.png)