Naxçıvanda sahibkarlara verilən güzəştli kreditlərin məbləği 3,4 dəfə artıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan, 13 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 dəfə artaraq 97-yə çatıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, maliyyələşdirilmiş güzəştli kreditlərin məbləği isə 3,4 dəfə artaraq 8,2 milyon manat təşkil edib.
Fond tərəfindən verilmiş ümumi güzəştli kredit məbləğinin 68,0 faizi sənaye, 20,3 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 11,7 faizi xidmət sahələrinə yönəldilib.

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirdiyi güzəştli kreditlərin məbləği 6,5 dəfə artıb
30 Aprel 2025 18:19
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı artıb
06 Dekabr 2024 11:59
Fermerlərə verilən güzəştli kreditlərin məbləği AÇIQLANDI
22 May 2025 12:57
Sahibkarlara verilən güzəştli kreditin məbləği AÇIQLANDI
10 Dekabr 2024 17:13
Sahibkarlara verilən güzəştli kreditin məbləği açıqlandı
10 Dekabr 2024 18:21

