Fermerlərə verilən güzəştli kreditlərin məbləği AÇIQLANDI
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Bu ilin yanvar-aprel ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 3 379 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən 1 707 müraciət üzrə 32.3 milyon manat məbləğində güzəştli kredit verilib. 2024-cü ilin ilk dörd ayının göstəricilərinə nisbətdə güzəştli kredit alanların sayı 61 faiz, kredit məbləği isə 56 faiz artıb.
Verilən kreditlərin 28.9 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 784.5 min manatı güzəştli kreditlər, 2.5 milyon manatı isə mikrokreditlərdir.

Sahibkarlara verilən güzəştli kreditin məbləği AÇIQLANDI
10 Dekabr 2024 17:13
Azərbaycanda problemli kreditlərin məbləği AÇIQLANDI
17 Mart 2025 16:50
Fermerlərə 63,4 milyon manat güzəştli kredit
01 Dekabr 2024 08:03
Fermerlərə 75 milyon manat güzəştli kredit verilib
23 Yanvar 2025 12:33

