Icma.az
close
up
RU
Naxçıvanda son 2 ildə 3500 ə yaxın yeni iş yeri açılıb

Naxçıvanda son 2 ildə 3500 ə yaxın yeni iş yeri açılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 16 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında 2023-cü il yanvarın 1-dən 2025-ci il aprelin 1-dək 3492 yeni iş yeri açılıb. Bu göstərici 2020–2022-ci illərlə müqayisədə (1217 iş yeri) təxminən 2,9 dəfə artım deməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin şöbə müdiri Rəhim Əsgərov deyib.

O qeyd edib ki, son iki ildə açılan yeni iş yerlərinin 1535-i dövlət, 1957-si isə özəl sektorun payına düşür. Bu da göstərir ki, özəl sektor daha sürətli şəkildə inkişaf edir. Bu balans isə regionda həm sosial dayanıqlığın, həm də iqtisadi rəqabətin qorunmasına xidmət edir. Xüsusilə 2024-cü il bu sahədə dönüş ili kimi qiymətləndirilə bilər. Həmin ildə 2191 yeni iş yeri yaradılıb, bunun da 1205-i dövlət, 986-sı isə özəl sektor tərəfindən açılıb.

Rəhim Əsgərov vurğulayıb ki, muxtar respublikada yeni açılan iş yerlərinin böyük hissəsi dövlət sektorunda aparılan struktur islahatları, dövlət orqanlarına verilmiş əlavə funksiyalar, həmçinin rəqəmsallaşma və xidmət sektorunun inkişafı nəticəsində yaranıb. Özəl sektorda isə artım daha çox biznes mühitinin şəffaflaşdırılması, sərbəst rəqabət imkanlarının genişləndirilməsi, eləcə də investisiya mühitinin yaxşılaşdırılması ilə izah olunur. Naxçıvanda özəl sektorun inkişafı üçün son illərdə vergi güzəştləri, sahibkarlara dəstək proqramları və investisiya təşviqləri istqamətində əhəmiyyətli iş aparılır.

"Görülən tədbirlər nəticəsində kiçik və orta sahibkarlığın rolu artmağa başlayıb. Önümüzdəki illərdə daha yüksək nəticələr gözləyirik. Coğrafi bölgü baxımından Naxçıvan şəhəri 2892 yeni iş yeri ilə liderlik edir. Bu da regionun inzibati və iqtisadi mərkəzi kimi rolunu bir daha sübut edir. Ərazi bölgüsü üzrə digər rayonlar isə belə sıralanır: Şərur 219, Babək 177, Ordubad 57, Kəngərli 46, Culfa 37, Sədərək 34, Şahbuz 30. Bu fərqlər əsasən əhalinin sıxlığı, sənaye və kənd təsərrüfatı potensialı, həmçinin rayonların logistika imkanlarının da təmərküzləşməsi ilə bağlıdır. 2025-ci ilin ilk rübündə 207 yeni iş yerinin açılması isə məşğulluq imkanlarının genişləndiyinin göstəricisidir", - deyə komitə rəsmisi əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri