Icma.az
close
up
RU
Naxçıvanda “SuVar!” adlı ekoloji aksiya keçirilib

Naxçıvanda “SuVar!” adlı ekoloji aksiya keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasında “SuVar!” adlı ekoloji aksiya keçirilib.

Aksiya Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

Aksiyada müxtəlif dövlət qurumlarının nümayəndələri, ekokönüllülər və müxtəlif müəssisələrdə fəaliyyət göstərən könüllülər fəal iştirak ediblər. Aksiya iştirakçılarına əvvəlcə yaşıllıqların qorunması və genişləndirilməsinin əhəmiyyəti, sudan səmərəli istifadə yolları, eyni zamanda suya qənaət metodları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, iqlim dəyişikliklərinin təsiri fonunda Naxçıvanın kəskin kontinental iqlim şəraitində ağacların müntəzəm suvarılması və qorunması xüsusi əhəmiyyət kəsb edir. Aksiyanın əsas məqsədi də könüllülərin səfərbərliyi ilə ağacların suvarılmasına dəstək vermək, ictimaiyyətdə ekoloji məsuliyyət hissini gücləndirmək və ətraf mühitin mühafizəsinə töhfə verməkdir.

Daha sonra iştirakçılar komandalara bölünüb və Naxçıvan şəhərinin Heydər Əliyev prospekti və ətraf ərazilərində yerləşən yaşıllıq sahələrində ağacların suvarılması işlərinə başlayıblar. 

Hər komandada 30 nəfər olmaqla, ümumilikdə, 200-ə yaxın könüllü aksiyada fəallıq göstərib. Onlar təkcə suvarma işlərini həyata keçirməklə kifayətlənməyib, eyni zamanda şəhər sakinlərinin də diqqətini cəlb edərək onları da aksiyaya qoşulmağa təşviq ediblər.

Aksiya çərçivəsində daha bir maraqlı ekoloji təşəbbüs də gerçəkləşdirilib, “Tullantını tingə və ekoçantaya dəyiş” kampaniyası keçirilib. Bu təşəbbüs çərçivəsində iştirakçılar və sakinlər tullantıları ətraf mühitə atmaq əvəzinə ting və ekoçantalara dəyişmək imkanı əldə ediblər. Sakinlər tərəfindən ümumi tutumu 4375 litr olan plastik, 110 litr şüşə tullantı və 180 ədəd işlənmiş batareya təhvil verilib, əvəzində 100 ədəd kızılçam tingi, 65 ədəd ekoçanta verilib

“SuVar!” aksiyası gənclər üçün həm maarifləndirici, həm də əyləncəli anlarla yadda qalıb. Könüllülər birlik nümayiş etdirərək təbiətə qulluq etməklə yanaşı, birgə fəaliyyətin və ekoloji dəyərlərin təşviqində fəal rol oynayıblar.

Qeyd edək ki, bu aksiya Naxçıvan Muxtar Respublikasının bütün bölgələrini əhatə edəcək və il sonunadək davam etdiriləcək.

Səbuhi HƏSƏNOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri