Icma.az
close
up
RU
Naxçıvanda SuVar! adlı ekoloji aksiya keçirilib

Naxçıvanda SuVar! adlı ekoloji aksiya keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 29 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "SuVar!" adlı növbəti ekoloji aksiya keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada müxtəlif dövlət qurumlarının nümayəndələri, ekokönüllülər, tələbələr və müxtəlif müəssisələrdə fəaliyyət göstərən könüllülər fəal iştirak ediblər. İştirakçılara sudan səmərəli və qənaətlə istifadə yolları, yaşıllıqların qorunması və genişləndirilməsinin əhəmiyyəti, eyni zamanda, mütərəqqi suvarma sistemləri barədə ətraflı məlumat verilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev aksiyanın əhəmiyyətindən danışıb, ekoloji tarazlığın qorunmasının və su ehtiyatlarından səmərəli istifadənin bu günün deyil, gələcəyin də əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb.

Sonra komandalara bölünən iştirakçılar Naxçıvan şəhərinin Çənlibel məhəlləsi və ətraf ərazilərində yerləşən yaşıllıq sahələrində ağacların suvarılması işlərinə başlayıblar. Eyni zamanda, iştirakçılar aksiya ərzində maarifləndirici broşürlər paylayaraq şəhər sakinlərini aksiyaya qoşulmağa, sudan səmərəli və qənaətlə istifadə etməyə və təbiətin mühafizə olunmasına təşviq ediblər.

Sonda aksiya iştirakçılarına təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri