Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

“Embawood” şirkətindən alınan mebellə bağlı ŞİKAYƏT

“Embawood” şirkətindən alınan mebellə bağlı ŞİKAYƏT

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Bakıda jurnalist “Embawood” mebel şirkətindən aldığı məhsullarla bağlı keyfiyyətsizlik və xidmət problemi ilə üzləşdiyini iddia edir.

Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, jurnalist Xanoğlan Əhmədov Redaktor.az-a ünvanladığı şikayətdə uzun illərdir müştərisi olduğu şirkətin indi ona qarşı laqeyd münasibətindən yazıb:

"Bəri başdan bildirmək istəyirəm ki, mənim “Embavood” şirkəti ilə hər hansı qəsdi-qərəzim yoxdur. Əksinə, uzun illərdir bu şirkətin müştərisi olmuşam. Həm öz evimiz, həm də qohumlarım üçün Masallıdan başlayaraq Bakıda fəaliyyət göstərən mağazalarının əksəriyyətindən dəfələrlə mebel almışıq. Bu gün də evimizdə istifadə olunan bütün mebellər də məhz “Embavood”a məxsusdur.

Lakin bu ilin yanvarın 2-də “İnşaatçılar” metrosu yaxınlığında yerləşən şirkətə məxsus mağazadan giriş dolabı və mətbəx mebeli sifariş etdim. Sifariş üzrə kredit “Embafinans” vasitəsilə onlayn rəsmiləşdirildi, lakin müqaviləni müəyyən səbəblərdən gec imzaladım.

Mebel quraşdırıldıqdan sonra məlum oldu ki, xüsusilə mətbəx mebeli ciddi şəkildə keyfiyyətsiz hazırlanıb, eyni zamanda, quraşdırma işləri də lazımi səviyyədə həyata keçirilməyib. Bununla bağlı dəfələrlə sifarişi rəsmiləşdirən əməkdaşa müraciət etsəm də, problem həll olunmmış qalır.

Daha sonra bank tərəfindən müqavilənin imzalanması ilə bağlı mənə zəng edildikdə, mövcud problemlər barədə məlumat verdim və mənə kömək ediləcəyi bildirildi. Həqiqətən də ilkin olaraq ustalardan biri mənimlə əlaqə saxlayaraq qüsurların video görüntüsünü göndərməyimi xahiş etdi. Daha sonra başqa bir usta gəlib yerində baxış keçirsə də, bundan sonra məsələ ilə bağlı heç bir tədbir görülmədi".

Jurnalist qeyd edib ki, məsələnin həll olunmaması səbəbilə yenidən qaynar xəttə müraciət edib:

"Uzun müddətdən sonra Seyran adlı əməkdaş mənimlə əlaqə saxladı və o da eyni şəkildə video material tələb etdi. Lakin bundan sonra da hər hansı real addım atılmadı. Əksinə, sonuncu dəfə “WhatsApp” vasitəsilə göndərilən səs mesajında əsassız olaraq məni günahlandıraraq guya mebelin istifadəçi tərəfindən ehtiyatsızlıq üzündən zədələndiyi iddia olundu.

Bu iddia tamamilə əsassızdır. Əgər aşağı hissədə hər hansı nəmişlik ehtimalı irəli sürülürsə, bəs yuxarı hissələrdəki qüsurlar, silikon işləmələrinin keyfiyyətsizliyi necə izah olunur? Məntiqsiz ittihamlarla məsuliyyətdən yayınmaq cəhdləri qəbuledilməzdir.

Qeyd etmək istəyirəm ki, mövcud qüsurların aradan qaldırılması böyük maliyyə vəsaiti tələb etmir. Lakin məsələni daha da ağırlaşdıran məqam, uzun illər müştərisi olduğum bir şirkətin bu cür laqeyd və hörmətsiz münasibət nümayiş etdirməsidir".

X.Əhmədov sonda bildirib ki, qeyd olunan qüsurlar şirkət tərəfindən aradan qaldırılmağı təqdirdə məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, şikayətlə bağlı “Embawood” şirkətinə göndərdiyimiz sorğu cavabsız qaldı.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 May 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri