Naxçıvanda “Təmiz hava” aylığı çərçivəsində növbəti ekoloji reyd keçirilib Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə iştirakı ilə “Təmiz hava” aylığı çərçivəsində ekoloji reyd keçirilib.
“Qafqazinfo” xəbər verir ki, reyd zamanı Naxçıvan şəhərinin mərkəzi küçə və prospektlərində xüsusi cihaz vasitəsilə daxiliyanma mühərrikli avtomobillərdən çıxan qazların tərkibindəki zərərli maddələrin miqdarı ölçülüb.
Normadan artıq zəhərli qaz ixrac edən avtomobillərin sürücüləri ilə profilaktik maarifləndirici söhbətlər aparılaraq xəbərdarlıq olunub. Avtomobillərinin normadan artıq zəhərli qaz buraxmasına səbəb olan nasazlıqların dərhal aradan qaldırılması tövsiyə olunub.
Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis mayoru Ayaz İsmayılov jurnalistlərə verdiyi açıqlamada reydin keçirilməsində əsas məqsədin atmosferə buraxılan zəhərli maddələrin minimuma endirilməsi və bu barədə sürücülərin maarifləndirilməsi olduğunu bildirib: “Təmiz hava” aylığı çərçivəsində reydlərin birinci mərləhəsi 10 iyun tarixinədək davam edəcək. Qeyd olunan tələblərə cavab verməyən və atmosferə buraxdığı zəhərli qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələrinin sürücüləri inzibati xətalar məcəlləsinin 342.5 ci maddəsinə əsasən cərimə olunacaqlar”.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 15 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















