Icma.az
close
up
RU
Naxçıvandan Efiopiyaya qənnadı məhsulları ixrac ediləcək

Naxçıvandan Efiopiyaya qənnadı məhsulları ixrac ediləcək

Icma.az bildirir, Sia Az portalına istinadən.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı Naxçıvan Muxtar Respublikasından Efiopiyaya qənnadı məhsullarının ixracı üçün sərbəst satış sertifikatı (“Certificate of Free Sale”) verib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən SİA-ya verilən məlumata görə, portalın rəhbəri Ayxan Qədəşov son dövrlər sərbəst satış sertifikatı ilə bağlı müraciətlərin sayında artım müşahidə edildiyini və müraciətlərin əsasən qida məhsullarının ixracı ilə bağlı olduğunu bildirib.

Məlumata əsasən, beynəlxalq bazarda bu sertifikatı tələb edən şirkətlərin sayı sürətlə artmaqdadır. “Azexport” portalının təqdim etdiyi növbəti sertifikatlar vasitəsilə Naxçıvan Muxtar Respublikasında istehsal olunan qənnadı məhsullarının Efiopiyaya ixracı nəzərdə tutulub. Bundan əvvəl də həmin bazara un məmulatlarının ixracı üçün sərbəst satış sertifikatı verilib.

Sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyir.

Ümumilikdə isə 2018-ci ilin aprel ayından 2024-cü ilin noyabr ayına kimi 746 adda məhsula sərbəst satış sertifikatı verilib. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinliklər yaranmış 100-dən artıq Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz ölkəsinə ixracını asanlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Noyabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri