Icma.az
close
up
RU
Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır ŞƏRH

Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizin bütün regionlarının inkişafı hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın Şanlı Qələbəsindən sonra işğaldan azad edilən ərazilərimizin bərpası, burada tam yeni infrastrukturun yaradılması, işğal illərində dağıdılmış şəhər, qəsəbə və kəndlərin yenidən inşası və illərlə döğma yurdlarından didərgin düşmüş soydaşlarımızın mərhələli şəkildə geri qayıdışı iləri ölkə başçısının rəhbərliyi ilə uğurla həyata keçirilir.

Bu çox böyük səylər, maliyyə vəsaiti tələb edən işlər heç bir kənar köməklik olmadan, ölkənin öz imkanları hesabina aparılır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriliən qlobal işlərlə yanaşı ölkənin digər bölgələrində də quruculuq işləri aparılır. Ölkədəki inkişaf onun ayrılmaz hissəsi olan Naxçıvanda da davam etdirilir.

Naxçıvanda iqtisadi və sosial sferada həyata keçirilən işlərlə yaxından tanışlıq məqsədi ilə avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.

Qeyd edilməlidir ki, Azərbaycan Prezidenti seçildiyi 2003-c ildən bəri ölkə başçısı Naxçıvana 17 səfər edib. Hər bir səfərin böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olunub və Naxçıvanın ümumi inkişafı təmin edilib.

Naxçıvana səfəri çərçivəsində dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə, Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə, “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı”, Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar, həmçinin Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində, DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında, Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə, “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimində, “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında və Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına geniş müsahibə verib. Bildirilib ki, son 23 il ərzində ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında olmuşdur. Bu istiqamətdə də böyük işlər görülüb, ölkə başçısının müvafiq Sərəncamı ilə Əlahiddə Ümumqoşun Ordu və yeni komando qüvvələri yaralıb, Naxçıvandakı hərbi hissələri ən müasir texnika və digər vasitələrlə təchiz edilib, bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir. Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev xususi qeyd edib ki, “Bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”.

Öz müsahibəsində Prezident İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafına, burada xüsusilə iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işlərə xüsusi yer ayırıb. Avqustun 11-də Naxçıvan Sənaye Parkının təməli qoyulub və tezliklə bu Sənaye Parkında artıq praktiki işlər başlanacaqdır. Eyni zamanda, burada Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək. Hazırda Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Sənaye Parkında yaradılacaq təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. İşə salındıqdan sonra bu stansiya həm Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin edəcək, həm də burada istehsal edilən enerji ixrac ediləcəkdir.

Müsahibədə ölkə başçısı bu gün Azərbaycanın regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkə olduğunu bildirib. “Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Vurğulanıb ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı məqsədi ilə İran İslam Respublikası ilə qaz mübadiləsi sazişi imzalanıb. Bu sazişə əsasən, İrandan Azərbaycana qaz kəməri çəkilib, eyni zamanda, Azərbaycanın Astara rayonundan İran ərazisinə qaz nəqli təmin edilib və bununla da Naxçıvan mübadilə yolu ilə 100 faiz təbii qazla təmin edilib.

Hazırda Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Artıq Naxçıvanda yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşa ediləcəyi 600 hektardan çox ərazi müəyyən edilib. “Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik”, - deyə dövlətimizin başçısı qeyd edib.

Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir. Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir. Bununla əlaqədar, Naxçıvanın tarixi-mədəni abidələrinin qorunması məsələləri ölkə başçısının nəzarətində olan məsələlərdən biridir. AzTV-yə müsahibəsində dövlətimizib başçısı bu məsələni xüsusi qeyd edərək deyib: “Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllifi məşhur naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir”.

Öz müsahibəsində cənab Prezident Azərbaycan xalqının xoşbəxt xalq olduğunu, bizim tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bildiyimizi səsləndirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib”.

Bu gün qədim Naxçıvan real inkişaf edir. Bir qədər əvvəl qəbul edilən ölkəmizin kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvana xüsusi yer ayrılıb və lazımi vəsait nəzərdə tutulub. Hazırda Naxçıvanda kənd təsərrüfatının inkişafı üçün vacib olan amil – suvarma layihələri icra edilir. Yaxın vaxtlarda burada bir çox artezian quyuları qazılacaq, müasir suvarma sistemləri quraşdırılacaq və bu gün suvarılmayan torpaqlara su veriləcək. Beləliklə, Naxçıvanın inkişafı daha sürətli və hərtərəfli olacaqdır.

İsrafil Kərimov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri