Icma.az
close
up
RU
Şəhid anası 21 ildir mənzil növbəsindədir: “Öz evimdə yaşamaq istəyirəm“ VİDEO

Şəhid anası 21 ildir mənzil növbəsindədir: “Öz evimdə yaşamaq istəyirəm“ VİDEO

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Şəhid anası 21 ildir mənzil növbəsində olsa da, indiyədək evlə təmin edilməyib.

Baku TV-nin məlumatına görə, Lerik rayon sakini Nəsibə Nəciyeva qaynar xəttə müraciət edərək mənzil probleminin hələ də həll olunmadığını bildirib.

Şəhid Habil Nəciyevin anası deyir ki, yaşadığı ev qəzalı vəziyyətdə olduğundan Sumqayıt şəhərində yaşayan digər oğlunun yanında qalmağa məcburdur. Lakin oğlunun da yaşayış şəraiti məhduddur.

Şikayətçinin sözlərinə görə, o, dəfələrlə həm Lerik Rayon İcra Hakimiyyətinə, həm də digər aidiyyəti qurumlara yazılı və şifahi müraciət etsə də, problemi indiyədək həll olunmayıb.

Nəsibə Nəciyeva bildirib ki, mənzil növbəsində ondan sonra olan şəxslər evlə təmin edilsələr də, özü illərdir gözləyir. O, ömrünün qalan hissəsini öz evində yaşamaq istədiyini deyir.

Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətindən bildirilib ki, Nəsibə Nəciyeva 19 fevral 2005-ci il tarixli, 19 nömrəli sərəncamla yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülüb. Hazırda o, növbədə 18-ci yerdədir.

Qeyd olunub ki, Prezidentin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli sərəncamının icrası ilə əlaqədar mənzil növbəsində olan xüsusi imtiyazlı şəxslərin siyahısı, o cümlədən Nəsibə Nəciyevanın ailəsi barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

İcra hakimiyyətindən bildirilib ki, ailə üçün növbə əsasında yeni yaşayış evinin tikintisi həyata keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Oktyabr 2026 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri