Icma.az
close
up
RU
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır RƏY

Naxçıvanın idarəçiliyində yeni dövr başlayır RƏY

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əliməmməd Nuriyev: “Naxçıvanın hüquqi statusu tamamilə Azərbaycan Konstitusiyasına tabe olacaq”


Azərbaycan parlamentində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklər ətrafında müzakirələr yeni siyasi və hüquqi perspektivlər doğurub. Milli Məclisin son iclasında təqdim olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsi yalnız texniki yeniliklərlə kifayətlənməyib, həm də regionun muxtariyyət statusu ilə bağlı fundamental sualları gündəmə gətirib.

 Müzakirələr zamanı millət vəkilləri xüsusilə Konstitusiyanın Preambulasından Moskva və Qars müqavilələrinə istinadın çıxarılmasını müsbət hal kimi qiymətləndirməklə yanaşı, Naxçıvanın muxtariyyət statusunun aktual olub-olmadığını da müzakirə ediblər.  Bu da ölkənin unitar dövlət prinsipi çərçivəsində Naxçıvanın gələcək hüquqi statusu ilə bağlı geniş ictimai debatların başlanacağına işarə edir.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulasından Moskva və Qars müqavilələrinə istinadın çıxarılması çox müsbət haldır.

Millət vəkilinin sözlərinə görə, Naxçıvanın muxtariyyət statusu ilə bağlı geniş müzakirələrə başlanmalıdır: “Geniş ictimaiyyət müzakirələrə başlasın ki, Naxçıvanda muxtar respublikanın saxlanmasına ehtiyac var, ya yox? Naxçıvan balaca yerdir. Əvvəllər hardasa başa düşmək olardı. İndi isə İran üzərindən qısa yol çəkilir, tezliklə Zəngəzur üzərindən də yol açılar. Bizim Konstitusiyaya görə, Azərbaycan unitar dövlətdir. Bu baxımdan Naxçıvanda muxtariyyətin ləğvi məsələsi barədə düşünmək lazımdır. Bu dəyişiklikləri Azərbaycan Konstitusiyasına dəyişiklik etdikdən sonra etmək olar. Konstitusiyamızda Naxçıvanla bağlı müddəalar qala-qala, Naxçıvan Konstitusiyana dəyişiklik edirik. Düşünürəm ki, bu dəyişiklikləri Azərbaycan Konstitusiyasına dəyişiklik etdikdən sonra etməli idik”.

Deputat Elman Nəsirov isə qeyd edib ki, muxtariyyətlə bağlı məsələ bu layihənin predmeti deyil: “Bu layihədə konkret əlavə edilən iki yeni maddə və bir çox dəyişikliklər əhatə olunub. Bu layihə ilə Azərbaycanın unitar dövlət kimi möhkəmlənməsi baxımından yeni pəncərələr açılır”.

 

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə hesab edir ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif olunan dəyişiklik tarixi və hüquqi əsasların normativ mətnlərdən çıxarılması kimi qiymətləndirilə bilər.  Hüquq müdafiəçisi bildirib ki, əvvəllər Moskva və Qars müqavilələrinə istinad etməklə Naxçıvanın muxtar statusunun beynəlxalq hüquqi zəmanətləri vurğulanırdı. Onların çıxarılması isə suveren hüququn daxili normativ qaynaqlarla təsbitinin keçidini ifadə edir:

 “Bu da Naxçıvanın hüquqi statusunun yalnız Azərbaycan Konstitusiyası ilə tənzimlənməsi prinsipinə keçidi göstərir. Deməli, dəyişiklik dövlət suverenliyinin tam şəkildə tanınması və təmərküzləşdirilməsi kontekstində şərh oluna bilər. Qüvvədə olan mətnə görə, Naxçıvanın statusu həm Azərbaycan Konstitusiyası, həm də onun öz Konstitusiyası ilə müəyyən olunur. Yeni yanaşma isə statusun birbaşa Azərbaycan Konstitusiyası ilə müəyyən olunacağını göstərir. Bu dəyişiklik vahid hüquqi sistemə keçidin, muxtariyyətin hüquqi çərçivəsinin mərkəzi qanunvericilik aktları ilə müəyyən ediləcəyinin göstəricisidir. Əvvəllər Naxçıvan öz Konstitusiyası vasitəsilə hüquqi statusunu müəyyən edə bilirdisə, dəyişiklikdən sonra bu imkan məhdudlaşdırılacaq və Konstitusiya hüquqi səviyyəsinə tabeçilik daha da dəqiqləşdirilir. Bu, həm də muxtar respublikanın statusunun daha mərkəzləşdirilmiş və hüquqi sabitlik çərçivəsində tənzimlənməsi məqsədi güdür”.


Ə.Nuriyev təklif olunan ən mühüm dəyişikliklərdən birinin muxtar respublikanın ali vəzifəli şəxsi statusunun ləğv olunması ilə bağlı olduğunu vurğulayıb: 

“Bu, regional özünəməxsus idarə modelinin vahid dövlət idarəetmə modelinə keçidini ifadə edəcək. Muxtar respublikanın qüvvədə olan Konstitusiyasına görə, muxtariyyətin başçısı Ali Məclisin sədri xüsusi statusa malikdir. Yeni dəyişiklikdə isə bu status ləğv olunur. Bu isə Naxçıvanın idarəçiliyində Prezident üsul-idarəsinin gücləndirilməsi, muxtar rəhbərlik institutunun isə simvolik və ya struktur olaraq zəiflədilməsi anlamına gəlir. Yəni Naxçıvanın siyasi idarəetməsi birbaşa mərkəzdən yönəldilir. Bu dəyişiklik regional özünəməxsus idarə modelinin vahid dövlət idarəetmə modelinə keçidi ifadə edir. Bu da Azərbaycanın unitar dövlət olmasından irəli gəlir. Dəyişiklik Azərbaycan Konstitusiyasına uyğunlaşma deməkdir, həm də vahid vertikalı müəyyənləşdirir və icra hakimiyyəti institutunun Prezidentə məxsusluğunu bir daha göstərir. Dəyişiklik Naxçıvanın hüquqi, siyasi, inzibati statusunun mərkəzi icra hakimiyyətinə daha sıx bağlanması və Azərbaycan Konstitusiyasına tam inteqrasiya edilməsinə yönəldilib. Bu daxili suverenliyin daha güclü ifadəsi, konstitusion sabitliyin təminatı və vahid idarəetmə modelinə keçid kimi qiymətləndirilə bilər”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:299
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 İyun 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see339

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see226

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see216

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see212

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see209

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see207

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see197

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see197

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see193

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see193

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see191

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see174

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see171

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see170

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see167

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see164

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see163

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see163

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see162

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri