Naxçıvanın rayonlarında DOST qəbul şöbələri yaradılacaq
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda mediatur keçirilib.
“Bakupost” xəbər verir ki, media nümayəndələri və blogerlər Naxçıvan Regional DOST Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Mərkəzdə açıqlama verən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə bildirib ki, DOST Mərkəzi ölkə üzrə fəaliyyət göstərən 8-ci mərkəzdir.
Onun sözlərinə görə, burada 100-dən çox əməkdaş və 50-yə yaxın könüllü xidmət göstərir. Mərkəz gün ərzində 500-600 vətəndaşı qəbul etmək imkanına malikdir.
O bildirib ki, avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri regionun sosial-iqtisadi inkişafını, eyni zamanda gələcək inkişaf prinsiplərini müəyyənləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyan hadisə olub: “Bu səfər çərçivəsində bir sıra tədbirlər həyata keçirildi. Həmin tədbirlərdən biri də Naxçıvan Regional DOST Mərkəzinin açılışı oldu. Açılışda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak etdi. DOST konsepsiyası Mehriban Əliyevanın təşəbbüsüdür”.
Nazir qeyd edib ki, növbəti hədəf DOST xidmətlərini Muxtar Respublikanın bütün rayonlarında əlçatan etməkdir. Bu məqsədlə rayonlarda qəbul şöbələrinin yaradılması planlaşdırılır. Hazırda bununla bağlı əsaslı təmir işləri istiqamətində tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 05 Noyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















