Icma.az
close
up
RU
Yeni hemodializ şöbələri yaradılacaq

Yeni hemodializ şöbələri yaradılacaq

Icma.az, Medicina saytına istinadən bildirir.


“Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər çərçivəsində 4 337 nəfər xəstə qeydiyyata alınıb. Hemodializ xidməti üzrə mövcud vəziyyətə gəldikdə, hazırda respublika üzrə və TƏBİB tabeliyində hemodializ xidmətinin göstərildiyi tibb müəssisələrinin sayı 43, hemodializ şöbələrinin sayı 46, hemodializ aparatlarının sayı isə 675-dir. Cari il ərzində icra olunmuş hemodializ seanslarının ümumi sayı 503 892 təşkil edib”.

Medicina.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O qeyd edib ki, cari il ərzində proqram üzrə müxtəlif adda dərman vasitələri, tibbi ləvazimatlar, hemodializ məsrəfləri və hemodializ aparatları təmin edilərək hemodializ mərkəzlərinə paylanıb:

“2025-ci ildə Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli xəstəxanasında xəstələr üçün dializ xidmətlərinə əlçatanlığı artırmaq məqsədilə yeni dializ şöbəsi açılmış, müvafiq dərman və tibbi ləvazimatlar, eləcə də avadanlıqlarla təmin edilib. Beləliklə, Sumqayıt Tibb Mərkəzində dializ şöbələrinin sayı ikiyə çatdırılıb. Gələn il ölkədə daha bir neçə xəstəxanada hemodializ şöbəsinin fəaliyyətə başlaması nəzərdə tutulur”.

İcraçı direktor əlavə edib ki, hazırda Bakı şəhərindəki tibb müəssisələrində, eləcə də Göyçay, Ucar və Gədəbəy rayon mərkəzi xəstəxanalarında müvafiq işlər davam etdirilir:

“2025-ci ildə ilk dəfə olaraq proqram çərçivəsində qeydiyyatda olan 6 vətəndaş avtomatlaşdırılmış peritoneal dializə (APD) cəlb edilib. Əlavə olaraq, Xroniki Böyrək Çatışmazlığı üzrə Dövlət Proqramının icrası məqsədilə ölkə üzrə fəaliyyət göstərən hemodializ mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi davam etdirilib. Bu istiqamətdə aparılan təminat işləri çərçivəsində ümumilikdə 120 ədəd hemodializ aparatı tibb müəssisələrində quraşdırılıb və fəaliyyətinin təmin edilməsi məqsədilə texniki dəstək göstərilib. Verilən avadanlıqlar xəstələrin hemodializ xidmətinə fasiləsiz çıxışının təmin edilməsi, müasir standartlara uyğun dializ müalicəsinin təşkili və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 19 Dekabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri