Icma.az
close
up
RU
“Naxçıvanla kommunikasiya xəttində heç bir digər dövlətin nəzarətçisi olmamalıdır” AÇIQLAMA

“Naxçıvanla kommunikasiya xəttində heç bir digər dövlətin nəzarətçisi olmamalıdır” AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan “Zəngəzur dəhlizi” ifadəsi əvəzinə “Zəngəzur nəqliyyat qovşağı” anlayışından istifadə etməyi təklif edib.

Onun sözlərinə görə, bu anlayışlar arasında prinsipial fərq var: “dəhliz” suverenliyə məhdudiyyətlər nəzərdə tuta bilər, “nəqliyyat qovşağı” isə əraziyə və kommunikasiyalara nəzarətin tamamilə Ermənistanda qalması deməkdir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirdi ki, Ermənistan tərəfi bu məsələ ətrafında uzun müddətdir söz oyunlarına baş qoşur və onlardan həm vaxt udmaq, həm də maraqlarına xeyir verən məsələləri gündəmə gətirmək üçün istifadə edir:

"Əlbəttə, açıq etiraf etməliyik ki, Levon Ter-Petrosyan erməni siyasi elitasında seçilən və hörmətli simalardan biridir. Onun savadı və siyasi bacarığı digər prezidentlərdən, xüsusilə Robert Koçəryan və Serj Sarkisyanla müqayisədə daha yüksəkdir və onun sözündə həqiqət var. Müəyyən mənada siyasi aləmdə terminologiyanın böyük və bəzən strateji rolu olduğunu qəbul etmək olar. Levon Ter-Petrosyanla razılaşmaq mümkündür. Əvvəlki illərdə Azərbaycan, Türkiyə də açıqlayırdı ki, Ermənistanın ərazi bütövlüyünə iddiamız yoxdur. Lakin müharibədə qalib tərəf Azərbaycandır və post-müharibə dövründə qalibin sözləri ilkin olaraq nəzərə alınmalıdır. Tarixi ifadə ilə desək, qalib tərəflərin rəhbərlərinin mürəkkəbi tarix yazır və biz artıq bunu etmişik. Əgər müxtəlif elementlərdən söhbət gedirsə, Ermənistan ilk növbədə Azərbaycanın dediyinə fikir verməli, hətta razılaşmalıdır. Çünki bəzən məğlub tərəf dirəniş göstərir və məsələni qəlizləşdirməyə çalışır. Güclü tərəf isə istədiyinə nail olmaq üçün güc tətbiq edə bilər və bu, onun haqqıdır. Bizim də bu proseslərdə haqqımız var".

Siyasi şərhçinin sözlərinə görə, əsas məsələ ondadır ki, Ermənistan sabotajla məşğul olmasın:

"Dəhliz Azərbaycana son dərəcə vacibdir. İlk dəfə Zəngəzur dəhlizi 10 noyabr 2020-ci ildə gündəmə gəlib. Müharibənin başa çatması ilə bağlı Ermənistan kapitulyasiya aktına imza atmalı oldu və doqquzuncu bənd Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında hərəkəti asanlaşdırır və qaçılmaz edir. Ermənistan bunu qeyd-şərtsiz həyata keçirməlidir. Lakin beş il keçməsinə baxmayaraq, Ermənistan prosesin qaydalarını pozur, cığallıq göstərir və kənar qüvvələri müdafiəyə cəlb etməyə çalışır. Azərbaycan isə nəqliyyat qovşağı yaratmaqla bölgədə güclü mövqe formalaşdırıb və bu imkanları zaman-zaman həyata keçirməyə planlaşdırır. Bu səbəbdən Naxçıvanla əlaqə üçüncü tərəfdən, o cümlədən Ermənistanın istəyindən asılı olmamalıdır. Ter-Petrosyan bunu deyirsə, desin, problem yoxdur. Lakin Azərbaycan öz haqlı tələbindən dönməyəcək və dəhliz işləməlidir. Naxçıvanla kommunikasiya xəttində heç bir digər dövlətin nəzarətçisi, gömrükçüsü və ya sərhədçisi olmamalıdır. Bu, Azərbaycanın təbii haqqıdır və buna nail olunacaq".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Sentyabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri