Icma.az
close
up
RU
Zəngəzurun Ermənistana verilməsiylə Azərbaycanın Naxçıvanla quru sərhədi kəsildi AÇIQLAMA

Zəngəzurun Ermənistana verilməsiylə Azərbaycanın Naxçıvanla quru sərhədi kəsildi AÇIQLAMA

Manset portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"1920-ci il aprelin sonlarında sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoydu. Cənubi Qafqazın daha iki respublikasını işğal etmək üçün planlar qururdu. Ermənistanın Zəngəzura olan ərazi iddialarını əlində bəhanə edən sovet Rusiyası Zəngəzuru ermənilərə verməklə Ermənistanın bolşevikləşməsini sürətləndirmək  istəyirdi".

Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komisənin sədri Anar İsgəndərov deyib.

O, bildirib ki,1920-ci ilin payızında Ermənistanın Zəngəzura aid iddialarl daha da gücləndi, onun sovet Rusiyası vasitəsilə bölgəni ələ keçirmək siyasəti xeyli fəallaşdı:

"İrəvanda sovet Rusiyası ilə daşnak Ermənistan arasında danışıqlar sülh müqaviləsini tanımağa məcbur edən protokolun imzalanması ilə nəticələndi. Həmin protokola görə Ermənistan Qarabağdan imtina etməli, əvəzində Naxçıvan və Zəngəzuru almalı idi. Stalinin “Azərbaycanın fatehi” adlandırdığı Orconikidzenin planında ilk əvvəl Naxçıvan  və Zəngəzurun Ermənistana verilməsi, sonra isə Qarabağın taleyinin muxtar şəkildə həll olunması  nəzərdə tutulurdu.
Sovet Rusiyası öz məkrli planını həyata keçirmək üçün 1920-ci il noyabrın əvvəlində Bakıda Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P Qafqaz Bürosu üzvlərinin birgə iclasında Ermənistanda mövcud vəziyyəti müzakirə etdi. İclasa Kaminski sədrlik etməklə Nərimanov, Hüseynov, Yeqorov, Stalin, Orconikidze, Stasova, Şeynman, Leqran, Qabrielyan, Qarayev iştirak edirdi. Əslində Ermənistandan daha çox Zəngəzurun və Naxçıvanın Ermənistana verilməsi müzakirə edildi və çoxluq bu fikri müdafiə etdi.Lakin bolşevikləşən Azərbaycanı narazı salmamaq üçün belə qərar qəbul olundu ki, bu təklif Azərbaycan rəhbərliyi tərəfindən verilsə, daha uyğun görünər. Ona görə də Qafqaz Burosu Naxçıvan və Zəngəzurla bağlı fikirlərin irəli sürülməsini Nərimanova tapşırdı.


1920-ci ilin noyabrında Ermənistan sovetləşdi. Dünənki daşnak hökuməti bu gün bolşevik hökumətinə çevrildi. Bir gün sonra, yəni noyabrın 30-da Azərbaycan K(b) P MK Siyasi və Təşkilat Bürosunun iclasında bolşevikləşən Ermənistanla əlaqələr müzakirə edildi. Müzakirə nəticəsində sovet rəhbərliyinin maraqlarını  təmin edən aşağıdakı qərarlar qəbul edildi: “Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir; Zəngəzur … Ermənistana keçir; bu qətnaməni tərtib etmək Nərimanova tapşırılsın”. Mərkəzdən tapşırıq alan Nərimanov Bakı Sovetinin 1920-ci il dekabrın 1-də keçirilən iclasında Zəngəzurun Ermənistana güzəştə gedildiyini bildirdi. Bəyanatda deyilirdi: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın -kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın - ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz. Zəngəzur ərazisi  sovet Ermənistanının bölünməz hissəsidir. Zəngəzurun hüdudlarında bütün əməliyyatlar dayandırılır, sovet qoşunları buradan çıxarılır”.


Beləliklə, Cümhuriyyət dövründə Zəngəzur uğrunda aparılan mübarizə Ermənistanın sovetləşməsindən bir gün sonra ona hədiyyə edildi. Onsuz da erməni hərbi birləşmələrinə qəhrəmancasına müqavimət göstərən Zəngəzur əhalisi köməksiz qaldı. Ən dəhşətlisi Zəngəzurun Ermənistana verilməsiylə Azərbaycanın Naxçıvanla və Türkiyə ilə quru sərhədi kəsildi. Zəngəzuru Azərbaycandan ayırmaq üçün erməni tərəfi azərbaycanlı əhalini hər cür təcavüzə məruz qoyur, evlərini yandırır, torpaqlarını müsadirə edir, kəndlərin idarəçiliyini bilə-bilə daşnaklara tapşırır, müqavimət göstərənləri yerindəcə güllələyirdi. Artıq azərbaycanlı əhaliyə dayaq olan ordu hissələri buradan çıxarılmışdı".

Anar İsgəndərov qeyd edib ki, erməni tərəfi Zəngəzurla bağlı öz maraqlarını təmin etdikdən sonra vaxtaşırı Naxçıvanla bağlı iddialarını dilə gətirirdilər:

"Belə iddialardan biri SSRİ dağılan ərəfədə irəli sürüldü.Erməni tərəfi Mərkəzin xeyir-duası və havadarların hər cür köməyindən istifadə edərək Qarabağla yanaşı Naxçıvanı blokadaya aldılar. Qaz, işığı, ərzağı kəsilən Naxçıvan taleyin ümidinə qalmışdl. Naxçıvanın belə ağır günlərində Heydər Əliyev onun köməyinə gəldi. Əhalini düşmənə qarşı səfərbər etdi, qonşu dövlətlərdən mümkün köməyi aldı, rus ordusunun Naxçıvandan çıxmasına nail oldu. Çıxan ordu silahları   Naxçıvanda saxladı, düşmənin hücumları dəf edildi. Beləliklə, Heydər Əliyev tərəfindən düşmənin Naxçıvanla bağlı planları iflasa uğradıldı. Naxçıvan bu gün də qəhrəman Azərbaycan əsgəri tərəfindən göz bəbəyi kimi qorunur. Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgıri 44 günlük Vətən Müharibəsində xarüqələr yaratdı, düşməni darmadağın etdi, torpaqlarımızı işğaldan azad etdi, şəhidlərin intiqamı alındı, separatçı yuvası məhv edildi, Azərbaycanın dövlət suverenliyi bərpa edildi, qalib dövlətlərin cərgəsində yer aldıq".

Seyranə Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 07 Mart 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri