Icma.az
close
up
RU
Naxçıvanla bağlı STRATEJİ QƏRAR

Naxçıvanla bağlı STRATEJİ QƏRAR

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı diqqəti Prezident İlham Əliyevin tapşırığı ilə 2004-cü ildən başlayaraq Naxçıvanın qaz təminatının yerinə yetirilməsinə çəkib.

Bildirib ki, Naxçıvanda bu gün qaz təminatı 100 faizdir. O, buna rəğmən, Prezident İlham Əliyevin təşəbbüsü ilə ikinci qaz xəttinin Türkiyə ərazisindən Naxçıvana çəkilməsinə hazırlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Maraqlıdır, əgər Naxçıvan 100 faiz qazla təmin olunursa, bunun üçün resurslar, infrastruktur varsa, Türkiyə ərazisindən ikinci qaz xəttinin çəkilməsinə nə ehtiyac var? Bunun iqtisadi, siyasi əhəmiyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı Medianews.az-a danışan enerji məsələləri üzrə ekspert, iqtisadçı Zəfər Vəliyev bildirib ki, SSRİ dövründə Naxçıvanın qaz təchizatı ilə bağlı Yevlax-Xankəndi-Laçın-Gorus-Şahbuz-Naxçıvan yüksəktəzyiqli magistral qaz boru xəttinin inşasına başlanılıb və 1980-ci ildə layihə uğurla başa çatdırılıb.

Onun sözlərinə görə, elə həmin il Naxçıvan şəhərinə ilk dəfə təbii qazın verilməsi təmin edilib: “Adıçəkilən qaz xətti Ermənistan ərazisindən keçdiyindən, 1990-cı ildə  bu ölkənin işğalçılıq siyasəti Naxçıvana gələn bütün kommunikasiya xətlərinin kəsilməsinə səbəb olub. Nəticədə muxtar respublikaya təbii qazın verilməsi  dayandırılıb. Azərbaycan da vəziyyətdən çıxış yolu kimi alternativ mənbələrə əl atmağa məcbur olub. İkinci dəfə muxtar respublikaya təbii qazın verilməsi 14 ildən sonra , 2004-cü ildə SOCAR və İran Milli Qaz İxracat Şirkəti arasında bağlanmış təbii qaz mübadiləsi haqqında müqavilə əsasında həyata keçirilib. 2005-ci il dekabrın 20-də Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Culfa-Naxçıvan magistral qaz xətti istifadəyə verilib. Lakin son bir neçə ildə İranda yay və qış mövsümündə  ölkədaxili qaz təchizatında, eləcə də elektrik enerjisi təminatında ciddi problemlər özünü büruzə verib. Təbii ki, bu, Naxçıvanın qaz təchizatının dayanıqlılığını yenidən aktuallaşdırıb”.

İqtisadçı qeyd edib ki, bu amili əsas götürən Azərbaycan hökuməti muxtar respublikanın dayanıqlı enerji təminatını həyata keçirmək məqsədilə Naxçıvana Türkiyə üzərindən yeni qaz kəmərinin çəkilməsini məqsədəuyğun sayıb: “2020-ci ilin dekabrında Ankarada İğdır-Dilucu-Naxçıvan Qaz Boru Xəttinin inşası ilə bağlı qarşılıqlı anlaşma memorandumu imzalanıb. İllik ötürücülük gücü 730 milyon kubmetr olan boru kəmərinin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub. Yeni qaz kəməri vasitəsilə nəql ediləcək təbii qaz molekul tərkibinə görə Azərbaycan mənşəli qazdır və muxtar respublikanın dayanıqlı  qaz təminatında mühüm rol oynayacaq. Kəmərin nəzərdə tutulmuş layihə gücündə fəaliyyətə başlaması ilə İran üzərindən mübadilə əsaslı qaz tədarükünə ehtiyac yaranmayacaq və qaz tədarükü ilə bağlı əlavə xərclərə son qoyulacaq. Azərbaycanın karbohidrogen ehtiyatları illərdir strateji müttəfiqimiz olan Türkiyə üzərindən beynəlxalq müştəri bazarlarına daşındığından, Naxçıvanın enerji təhlükəsizliyinin Türkiyə üzərindən təmin edilməsi dəyişən geosiyasi vəziyyətdə daha məqsədəuyğundur və strateji əhəmiyyət daşıyan qərardır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Dekabr 2024 06:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri