Icma.az
close
up
RU
Azərbaycanı Naxçıvanla birləşdirəcək yol nə vaxt açılacaq? AÇIQLAMA KONKRET

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol nə vaxt açılacaq? AÇIQLAMA KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycanla Ermənistan arasında regional nəqliyyat əlaqələrinin bərpası baxımından strateji əhəmiyyət daşıyan TRİPP layihəsinin nə zaman tam fəaliyyətə başlayacağı yenidən gündəmə gəlib. Layihənin reallaşdırılması istiqamətində siyasi razılaşmaların əldə olunmasına baxmayaraq, dəhlizin istifadəyə verilməsi üçün texniki, hüquqi və təşkilati məsələlərin yekunlaşdırılması mühüm əhəmiyyət daşıyır.

Bəs TRİPP dəhlizinin açılması üçün konkret hansı zaman çərçivəsi nəzərdə tutulur? Layihənin qarşısında hələ də hansı maneələr dayanır və dəhliz yaxın iki il ərzində fəaliyyətə başlaya bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, TRİPP layihəsinin reallaşdırılması istiqamətində mühüm irəliləyiş əldə olunub və dəhlizin açılması üçün siyasi baxımdan ciddi maneələrin böyük hissəsi artıq aradan qaldırılıb.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi artıq zaman məsələsinə çevrilib:

“Düşünürəm ki, bu istiqamətdə görülməli işlərin böyük hissəsi artıq həyata keçirilib. Siyasi baxımdan bir sıra mühüm məsələlər öz həllini tapıb. Bununla belə, layihəyə münasibətdə müəyyən regional fikir ayrılıqları qalmaqdadır. Xüsusilə İranın mövqeyi diqqət çəkir. Tehran bu məsələdə müəyyən müqavimət nümayiş etdirir və həmin narahatlıqların aradan qaldırılması vacibdir”.

Siyasi şərhçi hesab edir ki, Azərbaycan layihənin reallaşdırılması üçün üzərinə düşən əsas işləri yerinə yetirib və dəhlizin açılması ilə bağlı prosesin daha da uzadılmasına ehtiyac yoxdur.

“Texniki baxımdan Azərbaycan öz üzərinə düşən işləri böyük ölçüdə həyata keçirib. Hesab edirəm ki, dəhlizin açılması ilə bağlı yaxın perspektivdə mühüm qərarların şahidi ola bilərik. Prosesin bundan sonra süni şəkildə uzadılması məqsədəuyğun deyil. Artıq əsas diqqət layihənin yekunlaşdırılmasına yönəldilməlidir”.

Cavanşir Abbaslının fikrincə, TRİPP dəhlizinin fəaliyyətə başlaması üçün qarşıdakı iki il xüsusilə həlledici əhəmiyyət daşıyacaq. Ekspert bunu ABŞ-də mövcud siyasi administrasiyanın səlahiyyət müddəti və gələcək siyasi dəyişikliklərin mümkün təsirləri ilə əlaqələndirib.

“Donald Trampın prezidentlik müddətinin başa çatmasına təxminən iki il qalır. Hesab edirəm ki, məhz bu müddət ərzində layihənin reallaşdırılması istiqamətində qəti addımlar atılmalıdır. Çünki növbəti prezident seçkilərindən sonra ABŞ-nin xarici siyasətində hansı dəyişikliklərin baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Hazırkı administrasiyanın gələcək seçkilərdə hansı nəticəni göstərəcəyi də məlum deyil. Buna görə Azərbaycan qarşıdakı iki il ərzində bütün diplomatik və siyasi imkanlardan istifadə edərək prosesin yekunlaşmasına çalışmalıdır”.

Partiya sözçüsü vurğulayıb ki, layihənin həyata keçirilməsi yalnız Azərbaycanın deyil, Ermənistanın da iqtisadi və geosiyasi maraqlarına cavab verir.

“Azərbaycan bu dəhlizin açılmasında son dərəcə maraqlıdır və prosesdə əsas rol oynayan dövlətlərlə münasibətləri kifayət qədər yaxındır. Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanmasa belə, Ermənistanın özü də regional kommunikasiyaların açılmasında maraqlıdır. Bu isə layihənin reallaşdırılması üçün əlavə imkanlar yaradır”.

Cavanşir Abbaslı hesab edir ki, mövcud siyasi şərait TRİPP layihəsinin yaxın perspektivdə həyata keçirilməsi üçün əlverişli imkanlar yaradır.

“Ümid edirəm ki, qarşıdakı iki il ərzində bu proses yekunlaşacaq. Bundan sonra qalan prosedur məsələlərinin də həllini tapması mümkün olacaq. Mənim qənaətimə görə, layihənin reallaşdırılması istiqamətində müsbət dinamika müşahidə olunur. Ona görə də məsələyə nikbin yanaşmaq üçün əsaslar var”.

Qeyd edək ki, TRİPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur. Layihə regional ticarət, tranzit daşımaları və beynəlxalq logistika imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bununla belə, dəhlizin tam fəaliyyətə başlaması üçün dəqiq tarix rəsmi şəkildə təsdiqlənmədiyindən, qarşıdakı iki illə bağlı səsləndirilən fikirlər siyasi proqnoz xarakteri daşıyır. Layihənin faktiki istifadəyə verilməsi üçün infrastrukturun tamamlanması, sərhəd və gömrük prosedurlarının

müəyyənləşdirilməsi, eləcə də tərəflər arasında müvafiq hüquqi və təşkilati mexanizmlərin razılaşdırılması vacib olaraq qalır.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Noyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see411

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see294

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see286

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see282

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see280

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see279

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see276

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see271

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see268

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see266

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see251

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see248

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see244

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see243

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see243

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see243

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see243

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see241

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see241

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see241
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri