Icma.az
close
up
RU
Naxçıvanla sərhəddə Qars Iğdır Aralıq Dilucu dəmiryol xəttinin təməli qoyulub

Naxçıvanla sərhəddə Qars Iğdır Aralıq Dilucu dəmiryol xəttinin təməli qoyulub

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qarabağla yanaşı, Şərqi-Zəngəzur iqtisadi regionunda da dəmiryol infrastrukturu bərpa edilir. Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb".

Oxu.Az-ın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müavini Nicat Quliyev 32 ildən sonra Bakı-Ağdam qatarının fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda xəttin 75-106 km hissəsində torpaq işləri və mühəndis qurğularının inşası aparılır:

"Layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi nəzərdə tutulur. Dəmiryol xətti boyunca körpülər, avtomobil keçidləri, tunellər, qalereyalar və istinad divarları daxil olmaqla, ümumilikdə 553 mühəndis qurğusunun tikintisi həyata keçiriləcək".

"Cənab Prezidentin bu ayın əvvəlində ABŞ-yə səfəri çərçivəsində Ermənistan Respublikasının ərazisindən keçməklə Naxçıvanla birbaşa əlaqəni təmin edəcək nəqliyyat xəttinin tikintisi barədə razılıq əldə edilib. Zəngəzur dəhlizinin yaradılmasını zəruriləşdirən bu tarixi uğur bizim işimizi stimullaşdırır. Horadiz-Ağbənd xəttinin tikintisini tez bir zamanda tamamlanması və Ermənistan sərhədinə çatdırılması üçün böyük səylə çalışırıq. Qeyd edim ki, artıq qardaş Türkiyə Respublikasında da Naxçıvanla sərhəddə Zəngəzur dəhlizinə birləşəcək Qars-Iğdır-Aralıq-Dilucu dəmiryol xəttinin təməli qoyulub. Bu baxımdan, Naxçıvanın dəmiryol infrastrukturunun bərpası ölkəmizin ali rəhbərliyi tərəfindən prioritet məsələ elan edilib və ADY olaraq ən qısa zamanda bu istiqamətdə işə başlamağı planlaşdırırıq", - deyə sədr müavini əlavə edib.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Avqust 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri