Icma.az
close
up
RU
Naxışların, ilmələrin arasından səsimi apaydın görürəm... İmarət Cəlilqızı

Naxışların, ilmələrin arasından səsimi apaydın görürəm... İmarət Cəlilqızı

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az İmarət Cəlilqızının "Sehirli xalça" şeirini təqdim edir.

Haçandır, rəng yığıram gözlərimə
bənzərsiz çiçəklərdən,
bənzərsiz otlardan,
səs yığıram köksümə
qulağıma sanki
qeybdən gəlirmiş kimi
səslənən notlardan.
Bir xalça toxumaq keçir könlümdən,
Bir nəğmə oxumaq keçir könlümdən.

Saplarım narıncı, qızılı,
gümüşü rəngdə,
bir qaraşın gözəlin
sevda dolu təbəssümü,
gülüşü rəngdə.

İpək sapı o əsmər gözəl
yatarkən gecə
bağlı pəncərəsindən sıyrılıb
bərq vuran saçlarından
qopartdım gizlicə.

Qızılı rəngi mənə
günəş göndərdi
günəbaxanların tacında,
narıncını qürub çağı
mavi dalğaların ovcunda.
İlıq yağışlı bir gündə
buludun arxasından boylandı,
baxdı bir qəfil baxışla,
bu qövsi-qüzeh baxışı da yolladı,
hər rəngin
necə çalarını aradım,
ağaclar, çiçəklər,buludlar
ətəyini salladı.

Tək bircə rəngi
Ay göndərdi,
gümüşü saçlarını
darayıb tökərək
pay göndərdi.
Məxmər bir gecənin
içində dolaşıb
yığdım bircə-bircə bu telləri,
doladım barmağıma,
baxan heyran qaldı
gümüşü-parlaq yumağıma.

Könlümün telləri
çalın-çarpaz--əriş-arğac,
xanam hazır,
Hər yumaqdan bir sap-
naxış vurur barmaqlarım
vərəqlərə,
ilmə düzür.

Ürəyimdən barmağıma,
barmağımdan dodağıma
adladıqca
duyğularım ilmə olur,
ilmə dönür kəlmə olur,
qovuşur kəlmə kəlməyə,
dönüb qəmli nəğmə olur.

Saplarıma hopur nəğmə,
səsimi xalçaya hörürəm,
naxışlarin, ilmələrin arasından
səsimi apaydın görürəm...

Bu da son ilmə!
Xalçanı kəsə bilərsən,
aparıb hardan istəsən,
asa bilərsən.

İstəsən, könlünün
divarından as,
üşüyürsə ümidlərin,
sevda çiçəklərin,
bük ona -
heç soyuq olmaz!

İstəsən, həmişə
saxla yanında,
getdiyin hər yerə
apar özünlə,
bir dəniz sahilində,
bir qaya kölgəsində
başının altına qoy, yat,
dalğaların səsini dinlə,
bəlkə, bir sevimli yavru,
bəlkə, bir saçları
ipək qaragilə
çıxıb dənizin içindən
yuxuna gələ.

İstəsən apar,
gizlət sandığında,
hərdən qəriblik çəkəndə,
tənha qaldığında
çıxart, dindir,
danışacaq dindirə bilsən,
ovudacaq, ağrılarına
sığal cəkəcək,
hərgah qəlbini
açmaq istəsən,
dərdını bildirə bilsən.

Sehirlidirmi?
Hə, sehirlidir!
Amma danışandır,
oxuyandır,
uçan deyil,
hər yetən anlamaz sirrini,
hər kəsə sirr açan deyil...

Təkcə soruşma gəl
kim istədi,
kimdən ötrüdür-
onsuz da bilmirəm,
bu xalçanı mən
niyə toxudum,
kiminsə ona
çox ehtiyacı var kimi
gəldi mənə deyə toxudum.

Bilmədim, nə idi,
iltiması oldu,
keçə bilmədim,
sanki Allahın bir əmri,
ruhun bir ricası oldu,
keçə bilmədim...

Çində kitabxana zibilyığan qocaya niyə heykəl ucaltdı? "Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3 əsas rolu "Coker"in prodüseri 100 milyon dollarlıq dələduzluqda ittiham olunur
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 Avqust 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri