Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rənglərin və naxışların sehrində keçən ömür

Rənglərin və naxışların sehrində keçən ömür

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Daşkəsən, 20 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC

Rəssamlıq sənəti insana dünyaya, həyata müxtəlif baxış bucaqları ilə nəzər yetirməyi öyrədir. Yeni ideyalar yaratmaq, öz daxili dünyasını ifadə etməyi bacarmaq, gözəlliyi paylaşmaq imkanı mənəvi rahatlıq və ruhi qida mənbəyidir. Rəssam Mehdab Ramazanova da bütün bunlardan güc alaraq illərdir ki, bu sənətin eşqi ilə yaşayıb, yaradır.

AZƏRTAC-ın bölgə müxbiri rəssamla həmsöhbət olub, onun yaradıcılığı ilə maraqlanıb. Rəssam deyir ki, bəzi insanlar rəngləri, formaları, kompozisiyanı, incəsənəti hiss etmək və onu vizual şəkildə ifadə etmək qabiliyyəti ilə doğulurlar. Mehdab Ramazanova da rəssamlıq bacarığının ona irsən keçdiyini düşünür. “Babamın rəssamlıq qabiliyyəti var idi, ondan ilham almışam. Gəncə şəhərindəki Uşaq İncəsənət Məktəbinin tələbəsi olmuşam. Ardından Azərbaycan Rəssamlıq Akademiyasında xalçaçı-rəssam ixtisası üzrə təhsil almışam. Rəssam kimi fəaliyyətimlə yanaşı, 13 ildir ki, Daşkəsən rayon Uşaq İncəsənət məktəbində müəllim işləyirəm, istedadlı uşaqlara bu sənətin sirlərini tədris edirəm”, - deyə o bildirib.

Rəssam deyir ki, əsasən kətan üzərində işləyir. Portret, mənzərə, natürmort, animalistik janrda rəsmləri çəkərkən sulu, yağlı boyadan istifadə edir. Xalça eskizləri yaratmaq, milli elementləri təsvir edib, canlandırmaq isə ona xüsusi zövq verir. O, xalçanı yalnız material olaraq yox, həm də duyğu və ifadə vasitəsi kimi görür: “Xalça, sadəcə dekorativ əşya deyil. Evlərimizin yaraşığı olan xalça həm də tarixdən gələn hekayənin, rənglərin və naxışların dilinin, rəssamın düşüncəsinin əksidir. Hər bir eskiz, ipliklərin içində gizlənmiş xatirələri və ruhu daşıyır. Eskizlərimdə həm klassik Azərbaycan xalçalarının elementləri, həm də müasir formalar var. Naxışlarda ulduzlar, gül budaqları, dalğalı xətlər və coşqun ornamentlər bir-biri ilə oynayır. Rəng palitrası isə təbiətdən ilhamlanır”.

Onun kağız üzərində hazırladığı eskizlər gələcəkdə toxunacaq ipliklərin ilk nəfəsi, rənglərin ilkin əks-sədasıdır. Rəssam bədii ifadənin möhtəşəm nümunələrindən biri olan vitraj sənəti ilə də məşğuldur. Əl işlərində milli ornamentlərin təsvirinə xüsusi önəm verir. “Çalışıram ki, hər bir əl işim tarixlə dialoq, keçmişlə bu günün görüşünə zəmin yaratsın, gözlərdə heyranlıq, ruhda sükut və dərin düşüncə oyatsın. Hər bir naxış əsrlərin ənənəsini, xalqın mədəniyyətini və estetik zövqünü əks etdirsin. Milli üslub həm rənglərin harmoniyası, həm də formaların simmetrik və ritmik quruluşu ilə özünü göstərsin. Ebru sənəti ilə də məşğulam. Burada hər bir naxış rəssamın ruhundan gələn bir nəfəs, təbiətin incə ritmlərindən doğan nağıl kimidir”, - deyən Mehdab Ramazanova bildiklərini şagirdləri ilə bölüşməkdən də zövq alır. Elə müxtəlif tədbirlərə, sərgilərə də onlarla birgə qatılır.

“Mən vaxtilə “Azərbaycan abidələri uşaqların gözü ilə” Uşaq İncəsənət Sərgisində iştirak etmişdim. Əl işlərim rəğbət qazanmışdı, bu isə mənə stimul vermişdi. Mən də balaca istedadlara dəstək olmağı özümə borc bilirəm. Ötən il Daşkəsən rayonundan ilk dəfə olaraq bir şagirdim Uşaq İncəsənət Festivalında final mərhələsinədək irəlilədi. Bu, məni öz sənətimə və bir pedaqoq kimi fəaliyyətə daha da həvəsləndirir”, - deyən rəssamın ən böyük arzusu yetirmələri ilə birgə sərgi təşkil etməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Yanvar 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see604

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see535

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see406

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see316

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see278

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see274

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see272

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see264

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see263

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see239

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see224

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see215

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see212

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see210

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see205

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see197

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see195

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see189

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see177

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri