Icma.az
close
up
RU
Yələn nə deməkdir? İmarət Cəlilqızı

Yələn nə deməkdir? İmarət Cəlilqızı

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az İmarət Cəlilqızının "Yələn" yazısını təqdim edir.

Mənim böyük bibim ucaboy, arıq, solğunbəniz, azdanışan, təmkinli, xanım-xatın bir kənd qadını idi. Əynində onun yaşında olan kənd qadınlarının çoxunda olduğu kimi, tünd rəngli parçadan topuğuna qədər uzun, qırçınlı tuman, boynu və qolları düyməli gen köynək, labada(ləbbadə, yəni jilet) və ya xüsusi biçimli pencək, başında mütləq örpək olardı. Bu geyim dəstini boyundan keçirib beldən bağlanan önlük tamamlayırdı. Bibimin və onun kimi geyinən digər kənd qadınlarının hətta qonaq gedərkən geyindikləri bayır-bacaq paltarlarının də mütləq önlüyü olurdu. Ayaqlarına isti vaxtlarda adi iplik corab, qışda isə özünün rəngbərəng iplərdən toxuduğu naxışlı yun corab geyinərdi. Bibimin corabları toxuduğu xalçaların naxışlarını xatırladardı.

Mən namaz qılmağın necə bir iş olduğunu ilk dəfə bibim namaz qılarkən görmüşəm. O bizdə namaz qılanda anam bizə ciddi tapşırırdı ki, səs salmayaq və onun olduğu otağa girməyək. Mənə isə bu ritual çox maraqlı gəlirdi və mən qapını azca aralayıb bibimin hərəkətlərini izləyir, pıçıltı ilə nə söylədiyini bilmək istəyirdim. O anlarda bibimin solğun çöhrəsi, gözlərindəki ifadə məndə qəribə hisslər yaradırdı. Mənə elə gəlirdi ki, lap qapını açıb içəri girsəm belə, bibim binu hiss etməz.

Bibim qonaq getməyi cox da xoşlayan birisi deyildi. Amma Ramazan bayramında mütləq bizə gələrdi (biz o vaxtlar bu bayrama "oruc bayramı" deyirdik və mən elə başa düşürdüm ki, bəzi adamların bir ay boyunca səhər lap tezdən ta hava qaralanadək yeyib-içməmək qaydasını Oruc adlı adam qoyub, ona görə də ona "Oruc bayramı" deyirlər). Onların həyətində böyük bir tut agacı vardı və bibim bizə gələndə digər sovqatlarla bərabər tut qurusu, bəhməz, irçal da gətirərdi. Bir də təndirdə bişirdiyi ətirli bayram külçəsi. Bibimin bişirdiyi o sadə, o çox dadlı bayram külçəsinə sonralar mən heç vaxt heç yerdə rast gəlməmişəm.

Məlumdur ki, sovet dövründə Ramazan tətili olmurdu, hamı adi günlərdəki kimi, işə, biz usaqlar da məktəbə gedirdik.

Bir gün mən məktəbdən gələndə gördüm, bibim bizdədir və yenə də çoxlu bayram sovqatı gətirib. Bibimlə görüşdük, anam dedi ki, əllərini yu, paltarını dəyiş, gəl süfrəyə.

Günortadan sonra dərnək məşğələmiz vardı deyə mən paltarımı dəyişmədim, elə məktəbli formasında - ovaxtkı pioner qızların isti günlərdə geyindiyi qara yubka və ağ köynəkdə qaldım. Otaqda o yana-bu yana getdikcə hiss edirdim ki, bibim mənim paltarıma baxır. Uşaq olsam da, hansısa sövq-təbii bir duyğunun təsiri ilə bu baxışlardan narahat olurdum.

Mən bibimlə salamatlaşıb dərnəyə getmək üçün qapıya yönələndə bibim dedi:

- A gülüm ( bibim bacı-qardaşlarının qız övladlarının hamısına "a gülüm" deyə xitab edirdi), sənin əynindəki o yufqanın ətəyinə bir qarış yələn vermək lazımdı.

Mən təəccüblə soruşdum:

- Yələn nədi, ay bibi?

-Yələn bilmirsən, nədi? Yələn daa...calaq.

- Calaq?!..Niyə ki?

- Ona görə ki, yufqan gödəkdi, dizlərin görünür.

Mən bilmədim nə deyim və qeyri-ixtiyari əyilib yubkama baxdım. Məktəbdə bütün qızların, hətta cavan müəllimələrin də yubkalarının, donlarının ətəyi mənimki kimi bir az dizdən yuxarı olurdu. Əksinə, hərdən dizdən bir qarış aşağı geyinən bəzi qizlara "farmazon" deyirdilər. Bir az karıxmış halda çevrilib anama baxdım. Anam bizim üzümüzə bir tel düşməsinə belə razı olmazdı və həmisə saçımızı tamam geri darayıb hörər, ucuna lent bağlayardı. Alnımızda bir az saç görən kimi "şaşanlarıvı üzündən yığışdır" deyə söylənərdi. Təbii ki, bizim paltarlarımıza da nəzarət edərdi. Amma indi belə anlaşıldı ki, anamla müqayisədə bibim "hədd" məsələsində daha tələbkar, daha mühafizəkarmış.

Anam bibimə üz tutub hörmətlə və yumşaqcasına dedi:

- Ay bibisi, indi qoy dərnəyinə getsin, gecikməsin. Axşam gələndə paltarının ətəyinı açaram. Uşaqdı, tez böyüyür, bu gün aldığın bir paltar bir aydan sonra əyninə balaca olur.

Bibim razılıqla başını tərpətdi...

Mən yol boyu bu yubka əhvalatını düşündüm. Bibimin ləhcə ilə dediyi 'yələn" sozünü xatırlayıb gülümsədim. Əlbəttə ki, yələnin, yəni yelənin və yelən verməyin nə demək olduğunu da gecikmədən öyrəndim. Hətta sonradan bibimin "yələn vermək" ifadəsini müxtəlif situasiyalarda yerinə düsən sərrast, xoş bir yumor elementi kimi ışlətməyə başladıq.

Son zamanlar isə bu məşhur "yələn" sözü özünü daha tez-tez xatırladır mənə...

Davamı P.S.-da :

P S. Bir neçə il olar, mühüm səbəblərdən paytaxta yolum düşməyib. Ordan gələnlər deyirlər ki, son zamanlar paytaxtdakı əhalinin (yaş limiti yoxdur) bir xeyli hissəsinin nəinki yubka və şortlarının, hətta koftalarının da ətəyinə, hələ üstəlik, yaxasına da qarış-qarış YƏLƏN VERMƏK LAZIMDIR...

(Allah daha bədtərindən qorusun...)

Səməd Vurğunun 120 illiyinə virtual töhfə: “Sözün qüdrəti” Vamiq Məmmədəliyevin 80 illik yubileyi qeyd olundu Sumqayıtda “Vida yeri-Lələtəpə” sənədli filminin təqdimatı keçirildi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 İyul 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri