Icma.az
close
up
RU
Rənglərlə naxışların harmoniyası təkəlduz sənətini yaşadanlar FOTO

Rənglərlə naxışların harmoniyası təkəlduz sənətini yaşadanlar FOTO

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəki, 9 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanda dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmənin çox qədim tarixi var. Bədii tikmə sənətinin geniş yayılmış növlərindən biri də təkəlduzdur. Sənətkarlar diyarı kimi tanınan qədim Şəki, həm də təkəlduz sənətinin vətəni hesab olunur. Hazırda Şəkidə dekorativ sənətin bu zərif növü ilə onlarla qadın məşğul olur. Qədim diyarda ulu nənələrimizdən yadigar qalan təkəlduz sənətini yaşadanlardan biri də Güləndam Alxasovadır. Xanım sənətkar ömrünün 50 ildən çoxunu təkəlduz sənətinə həsr edib.

AZƏRTAC-ın bölgə müxbiri Güləndam Alxasovanın Şəki şəhərindəki “Sənətkarlar evi”ndə yerləşən emalatxanasında olub, yaradıcılığındakı yeniliklərlə maraqlanıb.

Güləndam Alxasova 1955-ci ildə Şəki şəhərində anadan olub. On altı yaşından dekorativ tətbiqi sənət sahəsinə maraq göstərən gənc sənətkar əvvəlcə kukla sənəti, həmçinin bədii tikmənin xovlu və qobelen tikmə, muncuqlarla iş növləri ilə maraqlanıb. Bir müddət sonra o, Şəkinin məşhur təkəlduz ustası Möhtərəm xanımdan bu sənətin sirlərini öyrənməyə başlayıb.

“Şəkidə elə sənət növləri var ki, dünyanın heç bir yerində onlara rast gəlmək mümkün deyil. Biz, Alxasovlar ailəsi həmin sənət növlərindən 18-ni mənimsəyərək öyrənmişik. Oğlum Murad, gəlinim Anna da bu sənət növləri ilə yaxından məşğul olurlar. Biz Alxasovları sənətkar ailəsi olaraq, Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda da yaxşı tanıyırlar. Sevinirəm ki, 18 yaşlı nəvəm Lalə də dördüncü nəsil olaraq, ailəmizin sənət ənənələrini davam etdirir”, - deyən Güləndam Alxasova bu sənət növlərini ailəliklə inkişaf etdirdiklərini vurğulayır.

Xanım sənətkarın sözlərinə görə, təkəlduz sənəti çox incəlik tələb edən, xeyli vaxt aparan sənət növüdür. Usta daim mövzunun rəngarəngliyini, rənglərin və naxışların ahəngdarlığını düşünməlidir. Təkəlduz tikmənin naxışları gözəl rəng və kompozisiya ahəngdarlığı ilə fərqlənməlidir. Bu sənət növündə ipək saplar əsasən tünd rəngli parçalar üzərində işlənir ki, bu da təkəlduz tikmələrini digərlərindən fərqləndirən başlıca xüsusiyyətdir. Təkəlduz tikmələr üçün nəbatat və heyvanat aləmindən motiv və elementlər səciyyəvidir.

Alxasovlar ailəsinin böyük məharətlə yaratdığı tikmə nümunələri dəfələrlə xarici ölkələrdə, eləcə də respublika daxilində təşkil edilən dekorativ-tətbiqi sənət festivallarında, sərgilərdə nümayiş etdirilib, müvəffəqiyyət qazanıb. Güləndam xanım üçün 1996-cı ildə Bakıda keçirilən sərgidə iştirakı xüsusilə əlamətdar olub. Həmin sərginin onun yaradıcılığına çox böyük təsir göstərdiyini vurğulayan xanım sənətkar deyib: “Sərgidə Ümummilli Lider Heydər Əliyevin iştirakı məni çox sevindirdi. Ulu Öndər mənim və oğlum Muradın əl işlərinə baxdı, əsərlərimizə yüksək qiymət verdi. Oğlumu “balaca sənətkar”, məni isə “xalq sənətkarı” adlandırdı. Sərgidə birinci yeri tutdum və pul mükafatına layiq görüldüm. 2002-ci ildə Şəkidə Olimpiya İdman Kompleksinin açılışı zamanı yenidən dahi şəxsiyyətlə görüşmək mənə qismət oldu. Ulu Öndərin tapşırığı ilə 2004-cü ildə Rəssamlar İttifaqına üzv də seçildim. Mən buna görə çox xoşbəxtəm”.

Güləndam Alxasova, eyni zamanda, Şəkinin ictimai həyatında da yaxından iştirak edir. O, uzun müddətdir ki, Şəkidə fəaliyyət göstərən “Əlillərə qayğı” İctimai Birliyinin nəzdindəki Əlil Uşaqların Reabilitasiyası Mərkəzinə rəhbərlik edir. İndiyədək sağlamlıq imkanları məhdud 40-dək yeniyetmə və gəncə bədii tikmə sənətinin sirlərini öyrədib. Onlar hazırda bu işlə məşğul olurlar.

Həmsöhbətimiz üç ildir ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ekspert təlimçisi olaraq fəaliyyət göstərir, Şəki və ətraf rayonlarda dekortiv-tətbiqi sənətlə məşğul olmaq istəyən yeniyetmə və gənclərə, həmçinin sənətkarlara, sahibkarlara bu sənətin sirlərini öyrədir. KOBİA tərəfindən təşkil edilən təlimlərdə özünün hazırladığı xüsusi proqram əsasında iştirakçılara sənətkarlıq, yaşıl iqtisadiyyat, turizm və digər mövzularda təlimlər keçir.

Onu da qeyd edək ki, Şəkiyə gələn xarici və yerli turistlər təkəlduz işlərinə böyük maraq göstərirlər. Onlar Güləndam xanımın emalatxanasında təkəlduz işlərinin hazırlanması prosesini əyani şəkildə izləyirlər. Xanım ustanın bildirdiyinə görə, turistlər ən çox milli naxışlarımız, heyvanat aləmi, həmçinin Şəki xanları sarayının görüntüsü əks olunan əl işlərini alırlar. Əsərlərin qiyməti 200-300 manatdan 2-3 min manat arasında dəyişir.

Xanım sənətkar şəbəkənin və Şəki halvasının naxışlarını əldə etmək üçün xüsusi dəzgah hazırlayıb və hazırda onun daha da təkmilləşdirilməsi üzərində işləyir. Bu ideya onun özünə aiddir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see250

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see183

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see146

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see136

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see136

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see135

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see135

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri