Icma.az
close
up
RU
“Nazənin dedi ki, qoyma oğlumun əli qana batsın”

“Nazənin dedi ki, qoyma oğlumun əli qana batsın”

Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Nazənin dedi ki, qoyma oğlumun əli qana batsın”

Müğənni Nazənin Salayeva efirdə göz yaşı axıdıb.

OLAY yazır ki, kövrək anlar sənətçinin qonaq olduğu “Tarixin bir günü” verilişində yaşanıb.

Salayeva son zaman efirlərdə kövrəlməsini həyatındakı ağır itki ilə əlaqələndirib:

“Ata əvəzi Əlizamin adlı bir qardaşım vardı. O dünyasını dəyişəndən mən beləyəm. Gecə saat 2 qədər onun ailəsi və uşaqları ilə danışmışam. Dünyam yıxılıb. Deyirdim ki, o mənim üçün ölməzdir. Düşünürdüm ki, qardaşım heç zaman ölməyəcək. Onu beynimə elə həkk etmişdim. Onu itirmək istəmirdim. Bundan qorxurdum. Üzərimdə olan saat, geyim mənimdir. Amma əslində onlar mənim deyil, çünki dünyamı dəyişəndə onları özümlə o dünyaya apara bilmirəm. Bunları insanlar dərk eləsə başqalarına pislik etməzlər”.

Onun bu sözlərinə proqramın aparıcısı Tarix Əliyev (Tolik) bu fikirləri səsləndirib:

““Xəzər” televiziyasında mən işləyəndə. O zamanlar mənim “YouTube”da “Səmimi” adlı verilişim vardı. Nazənin mənə müsahibə verdi. O zamanlar isə Nazənin bir xanımla məhkəməli idi və o məhkəməni udmuşdu. Çox aqressiv müsahibə vermişdi. Mən o müsahibəni yayımlasaydım qan su yerinə axacaqdı. Olan şeyləri demişdi. Səhər mənə zəng vurub dedi ki, Tolik mənim Fəxri adında oğlum var. O heç kimin qabağından qaçmayacaq. Qoyma mənim balamın əli qana batsın. Mən Nazənini o zaman daha çox istədim və o müsahibəni sildirtdirdim. Amma yerimdə başqa birisi olsaydı reytinqə görə o müsahibəni yayımlayardı. Amma mən etmədim. Nazənin hər dəfə efirdə belə kövrələndə cəmiyyət üzvləri onu anlamır. Nazənin heç kimdən çəkinmir, qorxmur. Nazəninin özü boyda övladları, nəvələri var. Nazənin bəzi haqsızlığa sadəcə göz yuma bilmir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://olay.az
archiveBu xəbər 19 Fevral 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri