Nazir: 2026 2027 ci tədris ilində Azərbaycanda 2,2 milyon təhsilalan təhsilə başlayır
Icma.az bildirir, Moderator.az portalına istinadən.
“2026–2027-ci tədris ilində Azərbaycanda ümumilikdə 2,2 milyon təhsilalan təhsilə başlayır”.
Moderator.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, onlardan 1,6 milyonu ümumi təhsil, 260 mini ali təhsil, 226 mini məktəbəqədər təhsil, 64 mini orta ixtisas və 44 mini peşə təhsili pilləsində təhsil alacaq.
Onun sözlərinə görə, cari tədris ilində 124 min şagird 1-ci sinifdə təhsilə başlayacaq.
Nazir əlavə edib ki, azad edilmiş ərazilərdə yeni tədris ilində daha 11 yeni məktəbəqədər təhsil müəssisəsi, həmçinin 4 yeni ümumi təhsil müəssisəsi fəaliyyət göstərəcək.
E.Əmrullayev yeni tədris ili başlamazdan əvvəl 7 milyon nüsxədən çox dərsliyin çap olunaraq məktəblərə çatdırıldığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 14 Sentyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















