Nazir: 6 yaşlı uşaqdan dillə bağlı siyasi mövqe gözləyə bilmərik
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Müşahidələr onu göstərir ki, ənənəvi Azərbaycan müəlliminin sinif otağındakı davranışı ilə bugünkü məzmun arasında kifayət qədər fərqlər var, onları da problem kimi qeyd etməliyəm. İlk növbədə Azərbaycan dilinin tədrisi zamanı dinləmə və danışma, oxu, yazı dil qaydaların düzgün tədrisindən danışırıq. Bir çox hallarda müxtəlif maraqları təmsil edən insanlar tərəfindən şagirdlərin üzərinə onların daşıya bilməyəcəyi yük və gözlənti qoyurlar".
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Biz 6 yaşlı uşaqdan dillə bağlı hansısa siyasi mövqe gözləyə bilmərik. Biz 6 yaşlı uşaqda dilə sevgi formalaşdırmaq üçün ilk növbədə dil bacarıqları formalaşdırmalıyıq. Bu daha çox pedoqoji prosesdir. Siyasi-ictimai proses deyil. Biz geniş siyasi nitqlər, ictimai çağırışlarla 6 yaşlı uşağı daha yaxşı Azərbaycan dilində danışmağa sövq edə bilmərik. Bunun üçün müəllim, düzgün metodikaya ehtiyac var”, - nazir bildirib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 08 Dekabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















