Icma.az
close
up
RU
Nazir arıçılar üçün lizinq imkanlarından danışıb

Nazir arıçılar üçün lizinq imkanlarından danışıb

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Kəlbəcər rayonunda Arıçılıq Mərkəzinin təsis edilməsi nəzərdə tutulur.

"Report"un Zəngilan rayonuna ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə əlaqədar təşkil olunan müşavirədə bildirib.

Nazirin sözlərinə görə, dövlət proqramında arıçılıq üzrə prioritet istiqamətlərdən birini elmi-tədqiqat işlərinin möhkəmləndirilməsi təşkil edir: "Proqram daxilində Kəlbəcərdə Arıçılıq Mərkəzinin formalaşdırılması planlaşdırılır. Bu mərkəzdə elmi araşdırmaların həyata keçirilməsi məqsədilə laboratoriyanın yaradılması, arı məhsullarının nümayiş etdirilməsi, bal süzümü prosesi və sair fəaliyyətlərin təşkili gözlənilir".

M.Məmmədov həmçinin qeyd edib ki, arıçılıqla məşğul olanlar lizinq mexanizmlərindən də faydalana bilərlər: "Arıçılıq sahəsində istifadə olunan avadanlıqların əldə edilməsi üçün Aqrar Kredit və İnkişaf Agentliyinin təklif etdiyi lizinq imkanlarından yararlanmaq mümkündür. Agentliyin siyahısına bal istehsalı və digər arıçılıq məhsullarının hazırlanmasında istifadə edilən müxtəlif texniki vasitələr daxil edilib", - deyə o vurğulayıb.

Nazir onu da əlavə edib ki, arıçıların istifadə etdiyi hər hansı avadanlıq hazırkı siyahıda mövcud olmadıqda, bu məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmək olar: "Bu cür müraciətlər daxil olduqda, avadanlıqların qiymətləndirilməsi aparılaraq siyahıya əlavə olunması imkanları araşdırıla bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 İyun 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri