Icma.az
close
up
RU
Şəkidə arıçılar üçün beynəlxalq tərkibli təlim proqramına start verilib

Şəkidə arıçılar üçün beynəlxalq tərkibli təlim proqramına start verilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəki, 12 avqust, AZƏRTAC

Arıçılıq sahəsində müasir yanaşmaların tətbiqi, arı sağlamlığının qorunması və biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhərində “Arı xəstəliklərinin idarə edilməsi: müasir çağırışlar və biotəhlükəsizlik” mövzusunda genişmiqyaslı təlim proqramına start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yerli və beynəlxalq ekspertlərin, dövlət qurumlarının nümayəndələrinin, baytarlıq mütəxəssislərinin və arıçıların iştirak etdiyi proqram arıçılıq sahəsində mövcud çağırışların müzakirəsi, xəstəliklərin effektiv idarə olunması, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və praktik biliklərin artırılması məqsədini daşıyır. Təlim çərçivəsində iştirakçıların nəzəri biliklərinin təkmilləşdirilməsi ilə yanaşı, sahədə tətbiq olunan müasir idarəetmə və biotəhlükəsizlik yanaşmaları üzrə praktiki bacarıqlarının inkişaf etdirilməsi də nəzərdə tutulur.

Tədbiridə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib ki, təlim proqramı arıçılığın dayanıqlı inkişafına, arı ailələrinin sağlamlığının qorunmasına, xəstəliklərin qarşısının alınmasına və müasir biotəhlükəsizlik tədbirlərinin tətbiqinə yönəlib. O qeyd edib ki, iqlim dəyişiklikləri və xəstəliklərin yayılma riskinin artdığı bir şəraitdə arıçılar arasında maarifləndirmənin və profilaktik tədbirlərin gücləndirilməsi vacibdir. Təlimlərin fermerlərin real ehtiyaclarına uyğun təşkili məqsədilə 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası çərçivəsində 11 iqtisadi rayonu təmsil edən 173 arıçı arasında keçirilmiş sorğu nəticəsində toplanmış məlumatlar əsasında yola çıxaraq arıçıların ehtiyaclarına uyğun mövzular müəyyənləşdirilib və təlim proqramı formalaşdırılıb. Sərdar Hacıyev vurğulayıb ki, bu tədbirlər 2026–2030-cu illər üzrə Dövlət Proqramının kənd təsərrüfatı xidmətlərinin keyfiyyətinin artırılması, fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, informasiya-məsləhət xidmətlərinin və innovasiyaların yayımının inkişafı ilə bağlı prioritetləri ilə də uzlaşır.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov təlim proqramının Şəkidə keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, arıçılıq Şəki və ətraf rayonlarda kənd təsərrüfatının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, regionun ənənəvi təsərrüfat sahələrindən biridir. İcra başçısı arıçıların müasir bilik və bacarıqlarının artırılmasının, arı xəstəliklərinin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsinin sahənin dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd edib. Elxan Usubov təlimin iştirakçılarına uğurlar arzulayaraq, bu cür maarifləndirici və praktiki tədbirlərin regionlarda davamlı şəkildə keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Təlim proqramı zamanı yerli və beynəlxalq ekspertlərin iştirakı ilə arıçılıq sahəsində aktual mövzular üzrə təqdimatlar keçirilib. Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov “Arıçılığın dayanıqlı inkişafı: Dövlət Proqramının prioritetləri və müasir çağırışlar” mövzusundakı təqdimatda Azərbaycanda arıçılığın inkişafı və Dövlət Proqramından irəli gələn məsələlərin həlli istiqamətində qarşıya qoyulan vəzifələrdən bəhs edib. Təqdimatda arı xəstəliklərinin diaqnostikası, müasir mübarizə və profilaktika üsulları, biotəhlükəsizlik tədbirlərinin tətbiqi, xəstəliklərin yayılmasının qarşısının alınması, düzgün baytarlıq yanaşmaları və beynəlxalq təcrübədə istifadə olunan effektiv idarəetmə metodları barədə ətraflı məlumat verilib.

Beynəlxalq ekspert, professor Mustafa Necati Muz arı sağlamlığının qorunması, qlobal çağırışlar və müasir yanaşmalarla bağlı təcrübəsini iştirakçılarla bölüşüb. Sahə üzrə mütəxəssis Rəfiqə Qazi isə ölkəmizdə arıçılıq təsərrüfatlarında tətbiq olunan baytarlıq tədbirləri, profilaktik yanaşmalar və praktik təcrübələr haqqında təqdimatla çıxış edib.

Təqdimatlar interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Üç gün davam edəcək proqram çərçivəsində Təlimçilər üçün Təlim (Training of Trainers – ToT) proqramı da təşkil olunacaq. Təlimin son günündə isə iştirakçılar Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən nümunəvi arıçılıq təsərrüfatında praktiki məşğələlərə qatılacaqlar. Burada iştirakçılar xəstəliklərin diaqnostikası, biotəhlükəsizlik tədbirləri və müasir arıçılıq idarəetmə metodları ilə tanış olacaq, beynəlxalq təcrübəyə əsaslanan qabaqcıl yanaşmaların tətbiqi üzrə praktiki biliklər əldə edəcəklər.

Müxbir - Rasim İslamoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri