Nazir: Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil
Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil.
Missiya.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, tarix kitablarının çoxu tarixi faktarın sıralamasından ibarətdir:
"Hesab edirəm ki, bu, dəyişməlidir".
E.Əmrullayev həmçinin əlavə edib ki, biologiya fənni üzrə dərsliklər də beynəlxalq standartlara uyğun deyil:
"Mütəxəssislər yeni normal dərsliklər hazırlamalıdır. Milli fizika və ya riyaziyyat olmur. Milli ədəbiyyat, yaxud tarix olur. Burada müəyyən məqamda çalışmalıyıq ki, suallarımız beynəlxalq standartlara uyğunlaşsın. Gələcək islahatlarda bütün problemlərin arasından ən vaciblərini seçəcəyik. İstəyimiz fizika, riyaziyyat kimi fənlərdən olan suallarımızın beynəlxalq səviyyədə olanlar kimi olmasıdır".


