Icma.az
close
up
RU
Nazir: Biz mövcud olan bütün enerji növlərinin inkişaf etdirilməsini prioritet kimi müəyyənləşdirmişik

Nazir: Biz mövcud olan bütün enerji növlərinin inkişaf etdirilməsini prioritet kimi müəyyənləşdirmişik

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 may, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində “Təchizatın təminatında dəyişən dinamikalar: çətinliklər və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edib.

AZƏRTAC nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, energetika naziri Azərbaycanın neft və təbii qaz təchizatçısı kimi strateji rolunun müasir reallıqlarda davam etdirilməsi, bu xüsusda Türkiyə ilə birgə reallaşdırılmış layihələrin töhfələrinin artırılması və bu ölkəyə cari ildə təxminən 10 milyard kubmetr qaz tədarükünün planlaşdırılması kimi məqamlardan bəhs edib.

Bildirilib ki, Türkiyə bizim üçün yalnız istehlakçı deyil, həm də tranzit ölkəsi kimi böyük əhəmiyyətə malikdir. Məhz bu marşrut vasitəsilə Azərbaycan enerji resurslarını Avropa ölkələrinə nəql edir. Nazir, həmçinin vurğulayıb ki, karbohidrogenlərə qarşı siyasət qlobal enerji sistemində qaz sektoruna investisiyaların azalmasına, enerji resurslarının bazarlara çatdırılmasını təmin edəcək infrastrukturların çatışmazlığına yol açmaqla qaz təchizatı planlarının reallaşdırılmasına mane olur.

“Enerji mənbələrinə siyasi və ideoloji prizmadan yanaşmaq əvəzinə, real enerji strategiyalarının necə inkişaf etdiriləcəyi məsələsinə fokuslanmaq vacibdir. Çünki dünyada əhali, enerji tələbatı artır və gələcəkdə enerjini israf etmək imkanımız olmayacaq. Məhz buna görə də biz hazırda mövcud olan bütün enerji növlərinin inkişaf etdirilməsini prioritet kimi müəyyən etmişik. Bir sıra regional layihələrə start vermişik və bu layihələr reallaşarsa, enerji təhlükəsizliyi və ətraf mühitə müsbət töhfə verəcək”, - deyə nazir vurğulayıb.

O da qeyd olunub ki, əgər Avropa böyük qaz tədarükü istəyirsə, bu istiqamətdə uzunmüddətli müqavilə mexanizmləri dəstəklənməlidir: “Əks halda qaz hasilatına böyük sərmayə yatırmaq onu son təyinat nöqtəsinə çatdırmaq və bazarda satmaq üçün zəmanət olmadıqda riskli ola bilər. Yaşıl enerji interkonnektorlarına gəlincə, Azərbaycan bu xüsusda Türkiyə, Gürcüstan, Rumıniya, Bolqarıstan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir. Bu layihələr təkcə regionları əlaqələndirməyəcək, həm enerji, həm də iqlim təhlükəsizliyinə xidmət edəcək. Bu layihələr gələcəyin enerji layihələridir”.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın moderatorluğu ilə keçirilən müzakirələrdə İraq, Misir, Liviya, Bolqarıstan, Rumıniya və Moldova nazirləri də iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see175

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see154

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see153

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see152

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see148

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see148

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see142

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see137

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see137

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see128

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see127

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see126

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see124

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see124

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see123

Trampın Qəzza planı: İsrailə bunu etməyə imkan verilməyəcək!

27 Sentyabr 2025 07:01see121

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see120

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see119

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

27 Sentyabr 2025 13:39see118

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

27 Sentyabr 2025 16:45see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri