Icma.az
close
up
RU
Nazir bu rayonlardakı təsərrüfatların fəaliyyəti ilə tanış olub FOTOLAR

Nazir bu rayonlardakı təsərrüfatların fəaliyyəti ilə tanış olub FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tərtər və Bərdə rayonlarında yerləşən intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub. 

"Unikal" xəbər verir ki, səfər çərçivəsində nazir əvvəlcə bağçılıq və əkinçiliklə məşğul olan “Aqropat” MMC-nin Tərtər rayonunun Kəngərli kəndi və Suqovuşan qəsəbəsində yerləşən təsərrüfatlarına baş çəkib. Məlumat verilib ki, şirkət 236 hektarda intensiv bağçılıq fəaliyyəti ilə məşğul olur və əsas məqsəd yüksək keyfiyyətli gilas, şaftalı, nektarin, ərik və xurma istehsal etmək və istehsal olunmuş məhsulları həm daxili, həm də xarici bazarlara ixrac etməkdir. 2021-ci ildən etibarən şirkət ixrac fəaliyyətində ciddi irəliləyiş əldə edib, istehsal olunmuş məhsulların böyük hissəsini Rusiya və digər MDB ölkələrinə ixrac edib. Hazırda məhsulların Avropa və Yaxın Şərq bazarlarına ixracı istiqamətində aktiv iş aparılır. 

Nazir Məcnun Məmmədov günəbaxan yağı və tum istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Müəssisələrdə keçirilmiş görüşlərdə keyfiyyətli məhsul istehsalı, ixrac imkanlarının artırılması, ixracın diversifikasiyası istiqamətində atılacaq addımlar və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq imkanları, bu sahədə kadr potensialının gücləndirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub. 

Daha sonra nazir Məcnun Məmmədov “Aydın Agro” MMC-nin Bərdə rayonunda yerləşən heyvandarlıq kompleksi ilə tanış olub. Bildirilib ki, südlük istiqamət üzrə ixtisaslaşmış kompleksdə 1300 baş Holşteyn-Friz cinsli heyvanlar saxlanılır. Kompleksdə ildə 6570 ton yüksək keyfiyyətli süd istehsal olunur. 4 tövlə, qaraj, silos quyusu, anbar və əlavə yardımçı binaların mövcud olduğu heyvandarlıq kompleksi tam avtomatlaşdırılmış sağım sistemləri, heyvanların sağlamlığını izləyən sensor texnologiyaları və yem istehsalı avadanlıqları ilə təchiz olunub. Müasir texnologiyaların tətbiqi süd istehsalının səmərəliliyinin artırılmasına və yüksək məhsuldarlığın əldə olunmasına imkan verir. Gələcəkdə süd istehsalının ildə 9125 tona çatdırılması nəzərdə tutulur. 

Görüşdə şirkətin gələcək planları, genişlənmə imkanları və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Aprel 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see303

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see238

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see191

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see185

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see160

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see148

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see144

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see140

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see139

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see139

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see137

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see135

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see134

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri