Nazir: Dövlət dəstəyi və güzəştlərdə mübahisələr yaranır
Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Aqrar sahə haqqında” qanun layihəsinə dair Milli Məclisdə keçiriləcək ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, indiyədək bu sahə taxıl, çay, pambıq kimi ayrı-ayrı məhsullar üzrə qəbul edilmiş qanunlarla tənzimlənib:
"Həmin qanunlar öz dövründə müəyyən rol oynasa da, sahəni bütövlükdə əhatə edən baza qanun bu günədək yoxdur. Yəni sahənin subyektlərini, dövlətin vəzifələrini və dəstək alətlərini müəyyən edən vahid akt qəbul olunmayıb.
Bunun nəticələri praktikada aydın görünür. "Fermer", "aqrar məhsul istehsalçısı", "ilkin emal" kimi əsas anlayışların vahid tərifi olmadığından dövlət dəstəyinin və vergi güzəştlərinin tətbiqində mübahisələr yaranır. Subsidiya mexanizmləri əsasən müəyyən hüquqi qüvvəli aktlarla tənzimlənir, istehsalçılar arasında səmərəliliyə görə fərq qoyulmur".
"Layihə bu problemlərin sistemli həllinə yönəlib. İlk növbədə 47 əsas anlayış qanun səviyyəsində vahid sistem şəklində təsbit olunur. İlkin emalla sənaye emalı arasındakı sərhəd konkret texnoloji əməliyyatlarla müəyyən edilir. Bununla dəstəyin hansı fəaliyyətə şamil olunduğu sualına dəqiq cavab verilir", - deyə nazir qeyd edib.
Baxış sayı:113
Bu xəbər 07 Oktyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















