Icma.az
close
up
RU
Nazir: “Ermənistanla hələ də həllini gözləyən məsələlər var”

Nazir: “Ermənistanla hələ də həllini gözləyən məsələlər var”

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Biz hesab edirik ki, yaxın aylarda Ermənistan–Azərbaycan normallaşma prosesinə dair labüd məsələlərin həlli yekunlaşa bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, son dövrlərdə normallaşma prosesi ilə bağlı mühüm hadisələr baş verib: “Xüsusilə Vaşinqton sammiti diqqət çəkir. Ötən ilin avqust ayında Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri birgə bəyanat imzaladılar. Həmin sənəd ABŞ Prezidenti Donald Trump tərəfindən də şahid qismində təsdiqləndi. Bununla yanaşı, sülh sazişinin paraflanması baş tutdu və Minsk Qrupunun ləğvi ilə bağlı müraciət imzalandı. Ümumilikdə, bu addımlar Ermənistan–Azərbaycan normallaşma prosesinin növbəti mərhələsi üçün yol xəritəsini müəyyənləşdirdi.

Bundan sonra Prezident İlham Əliyev Ağ Evdə keçirilən rəsmi mərasimdə bildirdi ki, Azərbaycan üçün sülh artıq reallığa çevrilib. Sonrakı dövrdə atılan addımlar da bu yanaşmanın təsdiqi oldu. Bu sadəcə siyasi bəyanat deyil, Azərbaycanın strateji baxışını əks etdirən mövqedir.

2025-ci ilin payızından etibarən Azərbaycan bir sıra praktiki addımlar atmağa başladı. Ermənistanın müraciətləri əsasında üçüncü ölkələrdən yüklərin Azərbaycan ərazisindən tranzitinə icazə verildi. İlk belə müraciətlər Qazaxıstan və Rusiya Federasiyası tərəfindən daxil oldu və müsbət cavablandırıldı. Bununla yanaşı, enerji və digər iqtisadi sahələrdə də əməkdaşlıq elementləri formalaşmağa başladı.

Paralel olaraq, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər intensivləşdi. Delimitasiya üzrə hökumətlərarası komissiyanın iclası Azərbaycanın Qazax rayonunda keçirildi. Bundan əlavə, IPU çərçivəsində İstanbulda Azərbaycan və Ermənistan parlament sədrlərinin birbaşa görüşü baş tutdu. Bütün bu proseslər regionda yeni və daha müsbət bir atmosferin formalaşdığını göstərir.

Ümumilikdə, normallaşma gündəliyinin müsbət istiqamətdə inkişaf etdiyini demək olar. Bununla belə, hələ də həllini gözləyən məsələlər mövcuddur.

Biz hesab edirik ki, yaxın aylarda bu məsələlər də yekunlaşa bilər. Biz buna kifayət qədər optimist baxırıq. Hesab edirik ki, Ermənistanda referendum keçirilməsi, yeni konstitusiyanın qəbul edilməsi, sülh sazişi üzrə son imzaların atılması və onun ratifikasiya edilməsi yolunu da aça bilər. Və bununla da daha müsbət addımların şahidi ola bilərik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 Aprel 2026 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri