Nazir: Hazırda 8090 faiz uşaq ən azı 1 il məktəbəqədər təhsilə cəlb olunur
Icma.az, Operativmedia saytına istinadən bildirir.
"Hazırda Elm və Təhsil Nazirliyinin ən böyük islahatı 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi olub. Hazırda 80-90 faiz uşaq ən azı 1 il məktəbəqədər təhsilə cəlb olunur”
“Operativ Media” xəbər verir ki, bu sözləri Elm və Təhsil Naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransın açılış mərasimində deib.
Nazir bildirib ki, bunun müsbət nəticələrini bir müddət sonra görəcəyik: “Məktəbəqədər təhsilin ilkin təsirlərini 10-15 ildən, iqtisadiyyata olan nəticələrini isə 25-30 ildən sonra görəcəyik. Çünki hazırda məktəbəqədər təhsilə ilk dəfə gedən uşaqlar hələ 9 illik buraxılış imtahanını belə verməyib. Məktəbəqədər təhsil üçün göstərdiyimiz səylərin nəticələrini isə 15-20 ildən sonra cəmiyyət görəcək. Bu gün Azərbaycanda 10 uşaqdan 8-i məktəbəqədər tədris prosesinə cəlb olunur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 04 Dekabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















