Icma.az
close
up
RU
Nazir: Hazırda ölkədə bir təsərrüfata düşən sahə ilə fermerin ailəsini təmin etməsi mümkün deyil

Nazir: Hazırda ölkədə bir təsərrüfata düşən sahə ilə fermerin ailəsini təmin etməsi mümkün deyil

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda ölkədə bir təsərrüfata düşən sahə ilə fermerin ailəsini təmin etməsi mümkün deyil.

APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Məcnun Məmmədov qeyd edib ki, son illər əsas fokusumuz fermerlərin gəlirlərinin və effektivliyinin artırılması olub: “Məsələn, hazırda ölkədə bir təsərrüfata düşən orta sahə 1,7 hektardır. Bu qədər sahə ilə bir fermerin ailəsini il ərzində təmin etməsi mümkün deyil. Bizim hesablamalara görə, ortalama 9 hektar sahə olmalıdır ki, fermer ailəsi üçün illik minimum gəlir əldə edə bilsin. Bölgələrdə bir ailə təxminən 4 nəfərdir, onların minimum illik gəliri 14 min manat olmalıdır. Bu məbləği əldə etmək üçün ortalama 9 hektar sahəyə ehtiyac var. Məsələn, taxılçılıqda bunun üçün 33 hektar tələb olunur. 1,7 hektarla 33 hektarın fərqini təsəvvür edin? Meyvəçilikdə bu rəqəm 3–5 hektardır. Biz bu sahələrin çox altında olduğumuz üçün kənd təsərrüfatında əsas məqsədimiz məhsuldarlığın və əlavə dəyər yaradan bitkilərin artırılmasıdır. Dənli bitkilərin əkin sahəsi azalıb, bu, dəyəri ən az olan sahədir. Amma son 5 ildə meyvəçilik sahəsində artım var. 40 min hektara qədər yeni meyvə bağları salınıb. Meyvə bağları həm gəlirlilik, həm də iş yerləri baxımından daha faydalıdır".

Nazir su şəbəkəsi məsələsinə də münasibət bildirib: "Bu problemi biz də hər yerdə qaldırırıq. Azərbaycanda su şəbəkələri getdikcə betonlaşdırılmalı və ya qapalı nəqliyyata keçirilməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Noyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see259

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see250

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see172

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see168

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see154

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see147

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see142

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see136

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see134

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see133

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see133

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see131

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see131

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see131

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see130

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see128

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see127

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see126

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri