Icma.az
close
up
RU
Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən “II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” panel sessiyalarla davam edib. Panel sessiyalarda dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq ekspertlər, şirkət rəhbərləri, fermer və sahibkarlar kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, tətbiq edilən innovativ həllər və əldə olunmuş nəticələr, aqrobiznes və qida sənayesinə investisiya imkanları, dövlət-özəl tərəfdaşlığı ilə bağlı müzakirələr aparıblar.

 “Qafqazinfo” xəbər verir ki, Forumun 1-ci günündə “Aqrobiznesdə innovasiya və texnoloji inkişaf mövzusuna həsr olunmuş panel sessiyada çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, son illərdə ölkəmizdə kənd təsərrüfatının müasirləşdirilməsi, fermerlərin müasir texnologiyalara çıxışının genişləndirilməsi və dəyər zəncirinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Nəticədə son 10 il ərzində kənd təsərrüfatı məhsullarının istehsalı real ifadədə 37,8%, balıqçılıq məhsullarının istehsalı isə 2,7 dəfə artıb. Azərbaycan bir sıra yüksək dəyərli məhsullar üzrə özünü təminetmə səviyyəsinə çatıb, eyni zamanda beynəlxalq bazarlardakı mövqeyini möhkəmləndirib. Bu gün ölkəmiz fındıq, xurma, şaftalı və nektarin, eləcə də çiyələk, albalı, pomidor və pambıq mahlıcı kimi məhsulların aparıcı qlobal istehsalçıları və ixracatçıları sırasındadır.

Nazir Məcnun Məmmədov vurğulayıb ki, müasir kənd təsərrüfatı texnologiya, elm, informasya, maliyyə və səmərəli idarəetmənin qovuşduğu, qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan iqtisadi fəaliyyət sahəsinə çevrilib. Bununla belə qlobal iqlim dəyişikliyi, təbii ehtiyatlara artan təzyiq, təchizat zəncirindəki dəyişikliklər və əhali artımı aqrar sahəyə yeni yanaşmaları zəruri edir. Nazir əlavə edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ilə ölkəmizdə aqrar siyasətin növbəti mərhələsi müəyyən olunub. Dövlət Proqramının əsas prioritetlərindən biri rəqabət qabiliyyətinin artırılması və intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi, başlıca məqsəd isə resurslardan daha səmərəli istifadə etməklə məhsuldar, davamlı və yüksək əlavə dəyər yaradan kənd təsərrüfatı sisteminin formalaşdırılmasıdır.

“AnewZ” telekanalının aparıcısı Katio Vilsonun moderatorluğu ilə keçirilən panel sessiyada çıxış edən Bolonya Universitetinin Kənd təsərrüfatı və qida elmləri departamentinin professoru Matteo Vittuari, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu, “Azersun Holding”in Müşahidə Şurasının sədri Tahir Gözel, “Agro Dairy” MMC-nin baş icraçı direktoru Niyazi Əmirbəyov, “Aqrobiznes innovasiyası ərzaq təhlükəsizliyi, diversifikasiya və kənd yerlərinin inkişafının hərəkətverici qüvvəsi kimi”, “Məhsuldarlığın artırılması üçün texnologiyaların tətbiqi, dəqiq kənd təsərrüfatı və dayanıqlı təsərrüfat təcrübələri”, “Emal imkanları, əlavə dəyər yaradan istehsal və regional və qlobal ərzaq təchizat zəncirlərinə inteqrasiya”, “Kənd təsərrüfatı, qida sənayesi və aqrotexnologiyalar üzrə investisiya imkanları və beynəlxalq tərəfdaşlıqlar” mövzuları ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi forumda xüsusi stendlə təmsil olunur. Nazirliyin stendində aqrar sektorun investisiya potensialı, innovativ layihələr, müasir aqrotexnologiyalar və kənd təsərrüfatında tətbiq olunan rəqəmsal həllər təqdim edilib.

Stenddə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar sahədə fəaliyyət göstərən startapların innovativ layihələri nümayiş etdirilib. Təqdim olunan həllər süni intellekt və robot texnologiyalarının kənd təsərrüfatında tətbiqi, dəqiq kənd təsərrüfatı, torpaq və bitki monitorinqi, su və digər resurslardan səmərəli istifadə, heyvandarlıqda müasir texnologiyaların tətbiqi, rəqəmsal idarəetmə və aqrar sahədə məlumatların təhlili kimi istiqamətləri əhatə edib.

Bununla yanaşı, stenddə aqrar sahədə həyata keçirilməsi nəzərdə tutulan perspektiv investisiya layihələri və investisiya imkanları barədə məlumatlar təqdim olunub. Xarici və yerli investorların diqqətinə aqrar istehsal, emal, bağçılıq, heyvandarlıq və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları çatdırılıb.










Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Sentyabr 2026 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri