Icma.az
close
up
RU
Nazir Məcnun Məmmədov: İşğaldan azad edilmiş torpaqlarda ən müasir aqrar innovasiyalar tətbiq olunur

Nazir Məcnun Məmmədov: İşğaldan azad edilmiş torpaqlarda ən müasir aqrar innovasiyalar tətbiq olunur

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 22 aprel, AZƏRTAC

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ankara şəhərində keçirilən IV Kənd Təsərrüfatı və Meşə Şurası çərçivəsində təşkil olunmuş “Kənd Təsərrüfatı Diplomatiyası Seminarı”nda iştirak edib.

Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbiri açan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı qlobal iqlim dəyişikliyi fonunda ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas prioritetlərdən olduğunu söyləyib. Kənd təsərrüfatını strateji sahə kimi dəyərləndirən İbrahim Yumaklı müasir çağırışlara cavab olaraq kiçik biznesin dəstəklənməsinin, iqlimə davamlı texnologiya və təcrübələrin tətbiqinin, sudan səmərəli istifadənin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir, həmçinin bu istiqamətdə digər ölkələrlə əməkdaşlığın və təcrübə mübadiləsinin davam etdirildiyini bildirib.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qeyd edib ki, qlobal iqlim dəyişikliyi – quraqlıqlar, daşqınlar və yanğınlar aqrar sahə üçün ciddi təhdidlər, ölkələrin ərzaq təhlükəsizliyinin təmin olunması üçün isə mühüm risklər yaradır. O, ötən ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla təşkil olunduğunu xatırladaraq deyib ki, bütün dövlətlər iqlim dəyişikliyi ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərə ciddi yanaşmalı və bu sahədə qəbul etdikləri təşəbbüsləri həyata keçirmək üçün fəal çalışmalıdırlar.

Nazir Məcnun Məmmədov vurğulayıb ki, aqrar sahədə mövcud çətinliklərin aradan qaldırılması, keyfiyyətli məhsul istehsalı və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə iki və çoxtərəfli platformalarda əməkdaşlığa xüsusi önəm verilməlidir. Qeyd edib ki, aqrar sektorun əsas hərəkətverici qüvvəsi olan fermerlərin maddi rifah halının yaxşılaşdırılması daim diqqət səviyyəsində saxlanılmalıdır. İkitərəfli və çoxtərəfli platformalarda əldə olunmuş razılıqlar kağız üzərində qalmamalı, kağız diplomatiyasından konkret fəaliyyət və icra diplomatiyasına keçilməlidir. Başqa sözlə, qlobal təşəbbüslərin uğurla icrası və aqrar sahədə dayanıqlı inkişafa nail olmaq üçün bütün dövlətlər maliyyə ayrılmasına xüsusi önəm verilməlidir. Məcnun Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən tədbirlər nəticəsində fermerlərin həyat səviyyəsi yüksəlir, aqrar sahənin dayanıqlı inkişafı təmin edilir.

Nazir əlavə edib ki, 30 il işğal altında qalmış Azərbaycan torpaqları minalanıb, su mənbələri çirkləndirilib, ətraf mühitə böyük ziyan dəyib. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Məqsəd bu ərazilərin aqrar potensialından səmərəli istifadə etmək, dağıdılmış kənd təsərrüfatı infrastrukturunu yenidən qurmaq və bu torpaqlara yeni həyat bəxş etməkdir. Bu prosesdə ən müasir aqrar innovasiyalar tətbiq olunur. Nazir onu da qeyd edib ki, Azərbaycan aqrar sahədə zəngin təcrübəyə və müasir texnologiyalara malik olan Türkiyənin təcrübəsindən fəal şəkildə yararlanır. İki ölkə arasında aqrar əməkdaşlıq çərçivəsində bir sıra uğurlu layihələr icra edilir.

Seminarda çıxış edən digər natiqlər ərzaq itkilərinin azaldılması, qlobal iqlim dəyişikliyi və biomüxtəliflik, iqlimə davamlılığın gücləndirilməsi, ekosistemlərin qorunması, rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqi, kənd təsərrüfatı sektorunda innovativ proseslərin inkişafı və dayanıqlı təchizat zəncirinin formalaşdırılması ilə bağlı fikirlərini bölüşüblər.

Səfər çərçivəsində Ankarada Azərbaycan və Türkiyənin kənd təsərrüfatı nazirləri arasında ikitərəfli görüş də keçirilib. Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq və onun genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər balıqçılıq sahəsində Türkiyə ilə əməkdaşlıq, bu sahədə son texnologiyaların transferi, iqlim dəyişikliyinin aqrar sahəyə mənfi təsirlərinin azaldılması istiqamətində təcrübə mübadiləsi və kənd təsərrüfatı ilə qida məhsullarının ticarət dövriyyəsinin artırılması məsələlərini nəzərdən keçiriblər.

Daha sonra Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Türkiyənin ticarət naziri Ömər Bolat arasında görüş olub. Görüşdə işğaldan azad olunmuş ərazilərdə istehsal olunan məhsulların emalı sənayesinin yaradılması, bu bölgələrdə – o cümlədən Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların ixracı, eləcə də hər iki ölkədə keçirilən kənd təsərrüfatı sərgiləri sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri