Nazir: Mədəniyyət hüququnun ixtisaslaşmasında kadr hazırlığı həyata keçirilir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 3 fevral, AZƏRTAC
Hazırda Mədəniyyət Nazirliyi öz fəaliyyətini incəsənət, mədəni irs, nəşriyyat, kinematoqrafiya, mədəni və yaradıcı sənaye sahələri üzrə qurub. Bu sahələrdə fəaliyyətin ölkəmizin ümumi inkişafına adekvat şəkildə olması üçün səylər göstərilir. Mədəniyyət sahəsində uğurlu fəaliyyət onun idarəedicilərinin bilik və bacarıqlarından, habelə dünyabaxışından çox asılıdır. Bu məqsədlə bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq əlaqələri qurulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Nazirliyin 2023–2024-cü illərdəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclasında çıxışı zamanı deyib.
Nazir Bakı Dövlət Universitetində 2024/2025-ci tədris ilindən başlayaraq magistratura pilləsi üzrə mədəniyyət hüququnun ixtisaslaşmasında kadr hazırlığının həyata keçirildiyini deyib: “Hazırda həmin ixtisas üzrə Azərbaycan bölməsində 4 tələbə, ingilis bölməsində isə bir tələbə təhsil alır. Bundan başqa, ADA Universiteti ilə ikili proqram çərçivəsində İtaliyanın bəzi universitetlərində “Mədəniyyət meneceri", "Mədəniyyət hüququ", "Mədəni və yaradıcı sənayelər" və "Mədəni irs" istiqamətləri üzrə mütəxəssis hazırlığının reallaşdırılması mədəniyyət sahəsində qarşıya qoyulan hədəflərə çatmaq üçün mühüm rol oynayacaq”.
Baxış sayı:96
Bu xəbər 03 Fevral 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















