Icma.az
close
up
RU
Nazir məktəblərin bağlanmasından DANIŞDI

Nazir məktəblərin bağlanmasından DANIŞDI

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tələbə kreditləri ilə bağlı ya daha çox tələbəyə yalnız təhsil haqqını ödəməklə yardım edirik, ya da daha az tələbəyə həm təhsil, həm də yaşayış xərclərini qarşılamaqla dəstək verə bilərik. Burada əsas məsələ balanslı yanaşmadır.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev  parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir məktəblərin ixtisarından da danışıb: "Biz buna “ixtisar” deyil, “səmərəlilik” yanaşması deyirik. Çünki 5-10 nəfərlə fəaliyyət göstərən məktəblərdə keyfiyyətli təhsilin təmin olunması real deyil. Məsələn, bir məktəbdə 10 şagird varsa, hər sinifdə 2 nəfərdirsə, o uşaqlara musiqi dərsində xor öyrətmək, idman, qrup oyunu və sosiallaşma bacarığı aşılamaq mümkün deyil. Belə bir məktəbdən məzun olan şagirdin neçə dostu olacaq? Bu onların gələcək həyatına necə təsir edəcək?

Bizim əsas məqsədimiz daha çox iş yerini qorumaq yox, daha keyfiyyətli təhsil təmin etməkdir. Bir sinif üçün istər 1 uşaq olsun, istər 40 dövlət büdcəsindən orta hesabla 20-25 min manat xərc tələb olunur. Biz bu uşaqları daha yaxşı şəraitli məktəblərə yönləndirərək keyfiyyəti artıra bilərik".

Emin Əmrullayev əlavə edib ki, Qarabağ məktəbləri ilə bağlı məsələ mürəkkəbdir.

"Bu, mərkəzləşdirilmiş bir prosesdir. Təbii ki, Böyük Qayıdış prosesi daxilində açılan hər bir məktəb bizim üçün böyük sevincdir. Lakin texniki tərəfdən çətinliklər də mövcuddur. Ağdamda, məsələn, bir nömrəli məktəb varsa, əvvəlki məktəb bağlanmalıdır. İki eyni adda məktəb ola bilməz. Biz istəyirik ki, bu keçid mərhələsi tədricən və ağrısız şəkildə həyata keçirilsin.

Bilirik ki, bu qərarlar insanların həyatına birbaşa təsir edir, amma imkanlar daxilində maksimum səmərəli və düzgün qərarlar verməyə çalışırıq. Sevindirici hal odur ki, bu prosesdə məktəblər bağlanmır, sadəcə yerdəyişmə olur. Ola bilər ki, kimsə köçmək istəmir, lakin ümumilikdə baxanda, nəticədə müəllimlərin iş sayı azalmır, əksinə artır", - nazir deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri