Nazir Azərbaycanda modul tipli məktəblərin tikilməsindən DANIŞDI
Icma.az, Yenisabah saytına istinadən bildirir.
"Bu il Azərbaycanda təxminən 100-dən artıq modul tipli məktəb tikiləcək".
"Yeni Sabah" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O, qəzalı məktəblərdən danışarkən deyib ki, hazırda bu istiqamətlər üzrə işlər aparılır: pizza
"Ölkədə qəzalı məktəblər az sayda olsa da var. Lakin son beş ildə nazirlik, Heydər Əliyev Fondu və digər sponsorlar hesabına ümumilikdə 1 000-dək məktəb yenidən ya tikilib, ya da təmir olunub. Əsasən, məktəblərimizin böyük qismində vəziyyət yaxşıdır. Digər məktəbləri də müəyyən ardıcıllıqla təmir edirik. Birinci böyük həcmli məktəbi təmir etməyə çalışırıq. Çünki bu məktəblər təhsil baxımından daha çox uşağın həyatını dəyişə bilər.
Kiçik məktəblərə münasibətdə də modul tipli məktəbləri tikməyə çalışırıq. Bu il 100-dən artıq modul tipli məktəbi müxtəlif bölgələrdə tikməyi planlayırıq. Proses tədricən gedir. Çünki eyni anda məktəblər tikmək fiziki olaraq mümkün deyil. Maliyyə vəziyyətindən asılı olaraq məktəblərdə tikintiləri başa çatdıracağıq", - deyə nazir bildirib./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 10 May 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















