Nazir müavini: 22 ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin həcmi 13,2 dəfə artıb AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 18 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin ötən 21 il ərzində muxtar respublikaya çoxsaylı səfərləri və yüzlərlə müxtəlif təyinatlı mühüm əhəmiyyətə malik obyektlərin açılışında iştirak etməsi Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsidir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini bildirib ki, sürətli inkişaf muxtar respublikanın büdcəsinin gəlir və xərclərinin dinamikasında da özünü aydın şəkildə göstərməkdədir. Belə ki, 22 ildə (2003-2024-cü illər) Naxçıvan Muxtar Respublikasının büdcəsinin həcmi 13,2 dəfə artaraq (498,3 milyon manat) 539,3 milyon manata çatıb. Bununla yanaşı, muxtar respublikanın büdcəsinin öz gəlirləri 16,5 dəfə artaraq (190,5 milyon manat) 202,8 milyon manata yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Dekabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















