Icma.az
close
up
RU
Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir

Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

26-29 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev Mərakeş Krallığında səfərdə olub.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

26 noyabr tarixində nazir müavini Kasablanka şəhərində yerləşən, ölkənin aparıcı ali təhsil ocaqlarından olan II Həsən Universitetinin müəllim-tələbə heyəti qarşısında “Azərbaycanın xarici və təhlükəsizlik siyasəti” mövzusunda məruzə ilə çıxış edib.

F.Rzayev məruzəsində Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra yürütdüyü fəal xarici siyasət kursu, ikitərəfli əlaqələri və beynəlxalq təşkilatlar çərçivəsindəki təşəbbüslərinə dair məlumat verib. Növbəti il ölkəmizin Ümumdünya Şəhərsalma Forumu və İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı kimi mötəbər tədbirlərə ev sahibliyi edəcəyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanla Mərakeş arasında ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda baş verən son proseslərlə bağlı ünvanlanmış suallar cavablandırılıb.

Nazir müavini səfər çərçivəsində daha sonra Tanjer şəhərində Mərakeş Kralının himayəsi altında keçirilən 17-ci Beynəlxalq MEDays Forumunda iştirak edib.

Foruma 120 ölkədən 7 minə yaxın nümayəndə qatılıb. Forumun qlobal enerji gündəliyi mövzusuna həsr olunmuş panel sessiyasında çıxış edən F.Rzayev ölkəmizin enerji siyasətinə dair məlumat verib, Azərbaycanın etibarlı tərəfdaş kimi regional və qlobal enerji təhlükəsizliyinə vacib töhfə verdiyini qeyd edib. Çıxışda həmçinin, alternativ enerji mənbələrindən istifadə sahəsindəki əldə edilmiş nailiyyətlərə də yer verilib.

29 noyabr tarixində münaqişələrlə bağlı mövzuya həsr olunmuş panel sessiyasında çıxışında nazir müavini münaqişələrin həlli və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin vacibliyinə toxunub. Həmçinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası, cari ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına dair məlumat verən F.Rzayev regionda davamlı sülh və əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Noyabr 2025 01:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri