Icma.az
close
up
RU
Nazir müavini: Günəş və küləkdən alınan elektrik enerjisinin maya dəyəri ənənəvi yolla alınan enerjidən ucuz başa gəlir AZƏRTAC

Nazir müavini: Günəş və küləkdən alınan elektrik enerjisinin maya dəyəri ənənəvi yolla alınan enerjidən ucuz başa gəlir AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan dünya dövlətləri sırasında ən yüksək - 96,5 faiz qazlaşdırma səviyyəsi olan ölkələrdən biridir, bəlkə də birincisidir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

“Amma burada bir məsələ var. Biz nəzərə almalıyıq ki, qazlaşdırma ilə bağlı layihələr iki mənbədən təmin olunur. Onlardan birincisi, dövlət büdcəsindən ayırmalardır. İkincisi, SOCAR-ın, “Azəriqaz”ın özünün imkanları hesabınadır. Dövlət bu məsələlərdə daha çox “Azəriqaz”ın vəsaiti hesabına qazlaşdırmanın aparılmasını tövsiyə edir. Onu da nəzərə almaq lazımdır ki, böyük ərazilər, daha çox insan məskunlaşan ərazilərimizin qazlaşdırma ilə bağlı sualları yoxdur. Kiçik kəndlər, dağ kəndlərində müəyyən problemlər var. Biz bunların həllinə çalışmalıyıq, çalışırıq”, - deyə nazir müavini qeyd edib.

Sahib Ələkbərov, həmçinin əlavə edib qazlaşdırma insanların, məişət problemlərinin həllində xüsusi rol oynasa da yeni enerji mənbələri ortaya çıxır: “Biz 7-8 evdən ibarət olan bir kəndə qaz çəkmək məsələsini qaldıranda düşünməliyik ki, bu nə dərəcədə səmərəlidir. Yəni bizim elə rayonlarımız var ki, orada digər enerji mənbələrindən istifadə etmək daha üstün olar. Günəş, külək enerjisi hesabına alınan elektrik enerjisinin maya dəyəri ənənəvi enerji hesabına alınan elektrik enerjisindən qat-qat ucuz başa gəlir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see663

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see183

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see159

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see157

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see154

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see152

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see149

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see147

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see145

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see144

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see141

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see141

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see139

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see137

Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

24 İyul 2025 17:08see135

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see135

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see132

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see131

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see127

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri