Nazir müavini: İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi siyasəti həyata keçirilir AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 16 noyabr, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində region iqtisadiyyatının yaşıllaşdırılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən verilən mühüm qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılması üçün imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən Azərbaycanın 3-cü Ekoloji Fəaliyyət İcmalında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir: “Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 Noyabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















