Nazir müavini: Kövrək dönəmdən keçən Azərbaycan Ermənistan münasibətlərində Hindistan diqqətli olmalıdır
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ümumilikdə dünyada baş verən münaqişələrə münasibətdə Azərbaycanın balanslı hesab edilən mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır.
APA xəbər verir ki, bu, Milli Məclisin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
Nazir müavini bildirib ki, məhz beynəlxalq hüquq nəyi tələb edirsə, mövqeyimiz ona uyğun açıqlanır: “Hindistan-Pakistan məsələsində də Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır. Xüsusilə kövrək dönəmdən keçən Azərbaycan-Ermənistan münasibətlərində Hindistan və digər üçüncü tərəflər məsələyə diqqətlə yanaşmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 14 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















