Icma.az
close
up
RU
Ermənistan, İran və Hindistan yeni layihədə: Azərbaycan kənarda saxlanılır?

Ermənistan, İran və Hindistan yeni layihədə: Azərbaycan kənarda saxlanılır?

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“The Economic Times” nəşrində Hindistanla Ermənistan arasında İran üzərindən nəqliyyat əlaqələrinin yaradılması məsələsinin üçtərəfli görüş çərçivəsində müzakirə olunacağı barədə yayılan xəbərə diqqət yetirmək lazım gəlir. Bu yeni layihə deyil. Haqqında illərdir müzakirələr gedir. Məsələ burasındadır ki, İranla Ermənistan arasında mövcud nəqliyyat imkanları yük daşımalarının artmasına şərait yaratmır. Bu sıraya İranda ağır iqtisadi vəziyyəti, İranla Ermənistan arasında dəmiryolunun mövcud olmamasını, İrana qarşı Qərbin sərt sanksiyalarını və müharibə risklərinı əlavə etmək lazımdır.

Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, 3 ölkə arasında müzakirələr davam edir:

"Hindistan və İran Xarici İşlər Nazirlikləri səviyyəsində Tehranda məsləhətləşmələr aparılacağı bildirilib. Görüşlərin əsas məqsədi ikitərəfli münasibətləri möhkəmləndirməkdir. Danışıqlarda İranın Çabahar limanının aktivləşdirilməsi və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi müzakirə mövzusu olacaq. Hindistan–İran ikitərəfli görüşündən sonra Hindistan–İran–Ermənistan üçtərəfli dialoqu keçiriləcək. Bu görüşün məqsədi Hindistan və Ermənistan arasında İran üzərindən nəqliyyat əlaqələrinin qurulmasıdır.

Bu arada, Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Dovalla İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani arasında telefon danışığı olub. Tərəflər ticarət, təhlükəsizlik, regional əlaqələrin gücləndirilməsi və Çabahar limanı mövzularını müzakirə ediblər. Çabahar limanı hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu, İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan bu liman vasitəsilə Rusiya və Avropa bazarlarına çıxış imkanı əldə etmək istəyir. Keçən il Hindistanla İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanmışdı. Sazişə əsasən, limanın idarəçiliyi Hindistana verilib.

Ajit Doval Əli Laricani ilə telefon danışığında Çabahar limanının Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində aparıcı rol oynayacağı, onu regional ticarət və Hindistanın Əfqanıstan və Mərkəzi Asiyaya çıxışı üçün həyati bir əlaqə kimi səciyyələndirilib. Əslində bu deyilənlər Azərbaycana da aiddir. Çünki, Çabahar limanı eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınacaq yüklər üçün nəzərdə tutulub. Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına, oradan isə Hindistanın Mumbai limanına çatdırılmalıdır. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaq. Ancaq bunun üçün Rəşt-Astara dəmiryolu tikilməlidir. Rusiya dəmir yolunun tikintisi üçün kredit verməyə hazır olduğunu bildirsə də, tikintiyə hələ başlanılmayıb".

Zaur, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri